Accessibility links

Liviyanın Benqazi şəhərində yüzlərlə insan nümayiş keçirir


Yüzlərlə nümayişçi Liviyada Benqazi şəhərinin küçələrinə çıxaraq bir gün əvvəl şəhərdə törədilmiş iki partlayışı pisləyib.

Məhkəmə binalarına edilən hücumlar 1100-dən çox məhbusun qiyam zamanı həbsxanadan qaçmasından bir gün sonra baş verib.

Partlayışlardan birində 13 nəfər yaralanıb.

Benqazi şəhəri sabiq diktator Müəmmar Qəzzafi əleyhinə nümayişlərin başladığı yerdir və Liviyanın ikinci ən böyük şəhəridir.

İnqilabdan sonra Benqazi şəhəri Liviyanın ən qeyri-sabit yerlərindən hesab edilir. Ötən il ABŞ səfiri Kris Stivins və digər üç amerikalı Benqazidə ABŞ səfirliyinə hücum zamanı öldürülmüşdür.
XS
SM
MD
LG