Accessibility links

Benyamin Netanyahu bu gün yüksək səviyyəli nazirlərin iclasını keçirir


Benyamin Netanyahu bu gün yüksək səviyyəli nazirlərin iclasını keçirir
Benyamin Netanyahu bu gün yüksək səviyyəli nazirlərin iclasını keçirir

Rəsmilər İordan çayının Qərb sahilində yaşayış məntəqələrinə dair moratoriumun uzadılması təklifini müzakirə edəcəklər

İsrailin baş naziri Benyamin Netanyahu bu gün yüksək səviyyəli nazirlərin iclasını keçirir. Yerli xəbər agentlikləri bildirir ki, rəsmilər İordan çayının Qərb sahilində yaşayış məntəqələrinə dair moratoriumun uzadılması təklifini müzakirə edəcəklər . Plan ötən ay fələstinlilərlə İsrail arasında başlamış sülh danışıqlarının pozulmasının qarşısının alınmasına kömək edə bilər. Fələstinlilərin prezidenti Mahmud Abbasın Fətah partiyası onu İsrail İordan çayının işğal edilmiş Qərb sahilində tikinti işlərini dayandırmadığı halda, birbaşa danışıqları davam etdirməməyə çağırıb. İsrail fələstinliləri danışıqlara təşviq etmək üçün tikinti işlərini sentyabrın 26-na qədər10 ay müddətinə dayandırmışdı. Obama administrasiyası İsraili tikinti işlərinin dayandırılması üçün müddəti uzatmağa çağırıb. İsrail mətbuatı bildirir ki, İsrail rəsmiləri ABŞ-ın təhlükəsizliyi və başqa zəmanətlər qarşılığında tikinti işlərinin müddətinin uzadılmasını nəzərdən keçirir.

XS
SM
MD
LG