Accessibility links

İsrailin baş naziri Bakıya gəlib


Xarici işlər naziri Elmar Məmmədyarov və İsrailin baş nazir Benyamin Netanyahu
Xarici işlər naziri Elmar Məmmədyarov və İsrailin baş nazir Benyamin Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu və xanımı Sara Netanyahu dekabrın 13-14-də Azərbaycan və Qazaxıstanda səfərdə olacaq. Səfərin məqsədi diplomatik əlaqələrin inkişafıdır. Görüşlərdə regional, iqtisadi, diplomatik, həmçinin təhlükəsizlik məsələləri müzakirə olunacaq. Bu barədə İsrail hökumət rəhbərinin saytı məlumat verib.

Dekabrın 13-də Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Görüşün yekunlarına əsasən Qüds məsələləri və milli irs, ətraf mühutin mühafizəsi naziri Elkin Zeyev Azərbaycan hökuməti ilə standartlaşdırma, ikiqat vergi və kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair saziş imzalayacaq.

İsrailin baş naziri Şəhidlər Xiyabanına gedəcək və xatirə kompleksinin önünə əklil qoyacaq.

Benyamin Netanyahu təhsil naziri Mikayıl Cabbarovla birlikdə “Or avner” yəhudi icmasının təhsil kompleksində olacaq, yerli yəhudi icmasının nümayəndələri ilə görüşəcək.

Dekabrın 14-də İsrail hökumətinin başçısı Qazaxıstana yola düşəcək.

Heydər Əliyev və Benyamin Netanyahu
Heydər Əliyev və Benyamin Netanyahu

Benyamin Netanyahunun prezident İlham Əliyevlə görüşü dövlət başçısının Zaqulbadakı iqamətgahında olacaq.

Netanyahu 1997-ci ilin avqustunda Seuldan Qüdsə gedərkən qısa müddətə Bakıda olub və mərhum prezident Heydər Əliyevlə görüşüb.

Danışıqlar zamanı energetika, yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

XS
SM
MD
LG