Accessibility links

“AI-95 Premium” benzininin qiyməti qaldırılıb


Azərbaycana xaricdən idxal olunan “AI-95 Premium” markalı benzinin qiyməti 0,95 qəpikdən 1,05 qəpiyə qalxıb. Bu barədə məlumatlar artıq yanacaqdoldurma məntəqələrində qiymət reklamlarında yer alır.

Qiymət artımı Azərbaycanda istehsal olunan “AI-92” markalı benzinə aid deyil. “AI-92” markalı benzinin qiyməti 70 qəpik olaraq qalmaqdadır. Eyni zamanda, dizel yanacağının qiyməti dəyişməyib, 60 qəpikdir. “Aİ-92” benzinin və dizel yanacağının qiymətlərini Tarif Şurası tənzimləyir.

“AI-95 Premium” markalı benzin 2014-cü il aprelin 1-dən xaricdən idxal edilir və qiymətləri Tarif Şurası tərəfindən tənzimlənmir. “Aİ-95 Premium” benzinin qiyməti 2015-ci ilin oktyabrından 0,95 qəpik olub.

2016-cı ildə Azərbaycanda 1,3 milyon tonadək yanacaq istehlak edilib. Onun 20 faizə qədərini “Aİ 95 Premium” benzin təşkil edib.

XS
SM
MD
LG