Accessibility links

Berlində insanlar üzərinə avtomobil sürülüb


Çərşənbə günü səhər saatlarında Berlinin Şarlottenburq rayonunda avtomobil izdihama çırpılıb. Hadisə Tauentsinştrasse ticarət küçəsində baş verib.

Reuters-in Berlin xilasetmə xidmətlərinə istinadən verdiyi məlumata görə, azı bir nəfər ölüb.

Beş nəfər həyati təhlükəsi olan xəsarətlər alıb. Ümumilikdə insident nəticəsində 30-a yaxın insan xəsarət alıb.

Almaniya mətbuatının məlumatına görə, hadisə şahidləri bildiriblər ki, həmin şəxs avtomobilini səkiyə sürüb, daha sonra yolun hərəkət hissəsinə qayıdıb, sonra isə mağazanın vitrininə çırpılıb.

Polis avtomobilin sürücüsünün həbs edildiyini bildirib. Hadisənin qəza nəticəsində baş verməsi və ya sürücünün avtomobili qəsdən insanlar üzərinə sürməsi hələlik bəlli deyil.

"Təxminlərə görə, kişi avtomobili bir qrup insanın üzərinə sürüb. Bunun qəza və ya qəsdən törədilmiş hərəkət olub-olmadığı hələlik məlum deyil" - deyə, polisdən bildirilib.

Hadisə 2016-cı il dekabrın 19-da islamçı ekstremist Ənis Əmrinin yük maşınını qaçırdığı, sürücünü öldürdüyü, daha sonra Braytşeidplatsdakı izdihamlı Milad bazarında insanların üzərinə sürdüyü yerin yaxınlığında baş verib. Hücum nəticəsində 11 nəfər ölmüş, onlarla insan yaralanmışdı.

XS
SM
MD
LG