Accessibility links

Berlində Suriya qaçqınlarına dair konfrans keçirilir


Dünyanın 40 ölkəsinin xarici işlər nazirləri və nümayəndələri Berlində keçirilən konfransda müharibə nəticəsində Suriyadan böyük sayda qaçqın qruplarını qəbul edən ölkələrə yardım məqsədilə konfrans keçirilir.

İordanyanın Xarici İşlər naziri Naser Cude çox sayda qaçqını qəbul edib onların ehtiyaclarını ödəməyə çalışan ölkələrin narahatlıqlarını qeyd edib.

BMT Suriyadan üç milyon qaçqının qeydə alındığını bildirib. Türkiyə və Livan hər biri bir milyona yaxın insanı qəbul edib, İrodaniya, İraq və Misirdə isə yüz minlərlə Suriya qaçqının olduğu bildiriir.

Suriyada 2011-ci ildə mart ayında döyüşlər başlayandan 6,5 milyon insan öz yerlərindən didərgin düşüb.

BMT qaçqınlara humanitar yardım məqsədilə milyardlarla dollara ehtiyac olduğunu, lakin indiyə qədər bu maliyyənin yalnız yarısının çatdığını bildirib.

XS
SM
MD
LG