Accessibility links

2014-cü ildə 330700 insan ölkəsindən qaçıb


BMT qaçqınlar agentliyi bu gün hesabat açıqlayıb

BMT qaçqınlar agentliyinin bildirdiyinə görə, inkişaf etmiş ölkələrdə sığınacaq əldə etməyə çalışan qaçqınların sayı 25 faiz yaxın artıb və bu, əsasən İraq və Suriyadakı müharibələrdən qaynaqlanıb.

BMT Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) bu gün açıqladığı hesabatda deyilir ki, bu ilin ilk 6 ayında 330 min 700 insan qaçqın statusu almağa çalışıb. Hesabatda bu rəqəmin 2013-cü ilin eyni periodu ilə müqayisədə 24 faiz çox olduğu yazılıb.

Agentliyin məlumatına görə, tendensiya davam etsə, 2014-cü ildə bu rəqəm 700 min nəfərə çata bilər ki, bu da inkişaf etmiş ölkələrdə son 20 ildə ən yüksək göstərici ola bilər. Belə ki, 1990-cı illərin Balkan müharibəsindən bəri belə bir göstərici qeydə alınmayıb.

UNHCR rəhbəri Antonio Quterresin sözlərinə görə, beynəlxalq ictimaiyyət öz əhalisini reallığa hazırlamalıdır ki, münaqişələr öz həllini tapmasa, qarşıdakı aylarda və illərdə daha çox insan bu ölkələrə pənah apara bilər.

BMT-nin hesabatında deyilir ki, qaçqınə statusu əldə etməyə çalışanların üçdə ikisi 6 ölkəyə - Almaniya, ABŞ, Fransa, İsveç, Türkiyə və İtaliyaya qaçıb.

XS
SM
MD
LG