Accessibility links

Sülh fəalları Berlindən Suriyaya yürüşə başlayıb


Yüzlərlə sülh fəalı Berlindən müharibənin davam etdiyi Suriyaya yürüşə başlayıb. Bir neçə ay davam edəcək yürüşün məqsədi Suriyada davam edən döyüşlərə son qoyulmasına çağırmaqdır.

Hələb Uğrunda Sivil Yürüş iştirakçıları əllərində ağ bayraqlar tutaraq bu gün dumanlı, soyuq və pis hava şəraitində Berlinin keçmiş Tempelhof hava limanından yürüşə başlayıblar.

Plana görə, 3 aya yaxın davam edəcək yürüş Almaniya, Çex Respublikası, Avstriya, Sloveniya, Xorvatiya, Serbiya, Makedoniya, Yunanıstan və Türkiyədən keçəcək. İnsanlar yürüş zamanı iştirakçılara müvəqqəti də olsa qoşulmağa dəvət edilib.

Təşkilatçılar deyir ki, onlar hər gün təxminən 20 kilometr yol qət etməyi planlaşdırır. Plana görə, 3 aya yaxın davam edəcək yürüş Almaniya, Çex Respublikası, Avstriya, Sloveniya, Xorvatiya, Serbiya, Makedoniya, Yunanıstan və Türkiyədən keçəcək. İnsanlar yürüş zamanı iştirakçılara müvəqqəti də olsa qoşulmağa dəvət edilib. Ancaq onlara özləri ilə yataq və ərzaq təchizatı götürməli olduqları bildirilib.

İştirakçıları ümid edir ki, onlar ən azı Türkiyənin Suriyai lə sərhədinə, mümkün olduğu təqdirdə isə, ağır döyüşlərə səhnə olmuş Suriyanın Hələb şəhərinə gedə biləcəklər.

"Addım atmaq vaxtıdır" - deyə qrupun sayının manifestində yazılıb: "Artıq Facebookda şokedici və məyusedici xəbərlərin üzərinə tıklamaqdan bezmişik. Bu, fəlakətdir".

Almaniyada yaşayan 28 yaşlı suriyalı Cabir Zahir Alqer deyir ki, yürüş və buradakı insanlar öz humanistliyini ifadə edir və mən də burada payımın olmasını istəyirəm: "Dünyanın hər yerində insanları Suriyada vəziyyətin faciəvi olduğunu bilməlidir".

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG