Accessibility links

Berlin hücumu terror aksiyası kimi qiymətləndirilir


Almaniya rəsmilərinin bildirdiyinə görə, bazar ertəsi Berlində Milad marketinə yük maşınınn sürülməsi terror aksiyası olub. Hücum 12 adamın ölümü, onlarla insanın xəsarət alması ilə nəticələnib.

Hadisə yerindən qaçmağa nail olan sürücü artıq nəzarət altına alınıb. Maşında tapılan cəsəd polşalı şəxsə məxsusdur. Media xəbərlərində sürücünün bir il əvvəl ölkəyə daxil olan pakistanlı olduğu bildirilir.

Bunabənzər hücumlar Fransanın Nitsa şəhərində də törədilmişdi. Tunisli sürücü 86 adamın ölümünə səbəb olmuşdu.

İŞİD Paris, Brüssel və Almaniyada həyata keçirilən hücumların məsuliyyətini üzərinə götürüb.

ABŞ Almaniyaya araşdırmalara yardım təklif edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG