Accessibility links

Rusiya, Ukrayna, Almaniya və Fransa rəsmiləri cümə günü Berlində toplaşacaq


Rusiya, Ukrayna, Almaniya və Fransa rəsmiləri cümə günü Berlində toplaşaraq Ukraynanın şərqindəki vəziyyəti müzakirə edəcək. Növbəti addım 3 həftə əvvəl əldə edilən Minsk razılığının şərtlərinin həyata tətbiqi olacaq. Görüşdə ölkələrin xarici işlər nazirləri və onların müavinləri iştirak etməlidir.

Kiyev üsyançıların fevralın 15-də qüvvəyə minən atəşkəsə riayət etmədiyini, Donetsk və Mariupol şəhərlərində qüvvələrin toplaşdığını bildirir.

Polşanın Təhlükəsizlik Şurasının rəhbəri Stanislav Koziej deyib ki, Ukrayna qüvvələrinin möhkəmləndirilməsi Avropa, Ukrayna və Polşanın maraqlarına xidmət etməklə yanaşı, Ukraynanın şərq regionunda deskalasiyaya yardım edə bilər.

Rusiyanın müdafiə nazirinin müavini Anatoliy Antonov ABŞ-ın minlərlə rus əsgərinin Ukrayna separatistlərinə dəstək verdiyinə dair iddialarını rədd edib.

ABŞ-ın Avropa qüvvələrinin komandiri Ben Hodces bu həftə Berlindəki çıxışı zamanı 12 minlə 50 min arasında rus əsgərinin sərhəd bölgələrdə mövqe tutduğunu bildirib. O, Rusiya ordusunun hərbi məsləhətçiləri, silah operatorları və döyüş qüvvələrinin bölgəyə yerləşdirildiyini deyib. 29 min əsgərdən ibarət hərbi qüvvənin ilhaq olunan Krım yarımadasında olduğu deyilir.

Rusiya Ukrayna separatistlərinə silah və əsgəri qüvvə ilə yardım göstərdiyini inkar etməkdə davam edir. Baxmayaraq ki, Qərb və Kiyev hökuməti bunlarla bağlı əsaslı dəlillər olduğunu bildirir.

Rusiyanın Müdafiə Nazirliyi 2 min təyyarəvuran hərbi qüvvə, 500 ədəd ağır silahların iştirakı ilə Rusiyanın cənub sərhəd bölgələrində hərbi təlimlər keçiriləcəyini bəyan edib. Təlimlər aprel ayının 10-dək davam etməlidir.

XS
SM
MD
LG