Almaniyanın paytaxt Berlin şəhərində kişilər və qadınların bərabər ibadət edə biləcəyi liberal İbn Rüşd Göte məscidinin açılışı olub.
Məscidə orta əsrlərdə yaşamış ərəb filosofu və ilahiyyatçı alimi İbn Rüşd və alman şair Yohan Volfqanq Götenin adı verilib.
Məscidin yaradılması təşəbbüsü ilə çıxış edən türk əsilli qadın hüquqları fəalı, hüquqşünas və yazıçı Seyran Ateş deyib ki, qadınların məsciddə başlarını örtməsi mütləq deyil.
Məscid Müqəddəs Yohannes protestant kilsəsinin nəzdində fəaliyyət göstərir. Lakin məscid üçün yeni yerin ayrılması planlaşdırılır.
Seyran Ateş məsciddə kişilər, qadınlar, sünnilər, şiələr, homoseksualların birlikdə ibadət edə biləcəyini deyib.
Məscidin həm də qadın imamı olacaq.
Sünni icmasında ilk yeni məscidin açılması sosial mediada böyük tənqidlərlə qarşılanıb.
Seyran Ateş bu reaksiyaları ədalətsiz adlandırıb.
Almaniyada 4,5 milyon müsəlman yaşayır. Ölkədə müsəlmanlar üçün təxminən 3 min ibadət evi mövcuddur.