Accessibility links

Beta qasırğası Texas və Luizina ştatlarına istiqamət alıb


Tropik qasıqğa Beta Texas və Luizina ştatlarına istiqamət alıb. Qasırğanın Meksika körfəzi sahillərinə güclü yağış və küləklər gətirəcəyi gözlənilir.

Bazar ertəsi Texası vuracağı gözlənilən Beta hazırda 2020-ci ildə ABŞ ərazisini dağıdan 9-cu qasırğadır.

Qasırğalar üzrə tədqiqiatçı Fil Klotsbaxın dediyinə görə, təbii fəlakətlər 1916-cı ildən sonra ilk dəfə rekord həddə çatır.

Hazırda sahil ərazilərində hazırlıqlar gedir. Bəzi bölgələrdə könüllü evakusiya çağırışları edilib.

Ştat meri Kreyq Braun 25 santimertə çatacaq yağışların yolları bağlayacağını bildirib.

Ştat rəsmiləri su səviyyəsinin artacağından narahatdır.

Meksika körfəzndə yaranan Beta hazırda Texasın Qalveston şəhərindən 320 kilomert uzaqlıqdadır. Saatda 95 km sürətli küləklə irəliləyən qasırğanın sürəti saatda 6 km-ə enib.

Daha əvvəl Salli qasırğasının bölgəni dağıtmasından sonra Alabama və Florida ştatlarının sahil bölgələrinin 500 mindən çox sakinı elektriksiz qalıb.

Salli Alabama ştatının körfəz Şors şəhəri yaxınlığından 2 kateqoriya ilə keçdikdən sonra yavaş-yavaş Floridanın Panhandl bölgəsinə doğru irəliləyib. Saatda 165 kilometr sürətlə əsən küləklər və leysan yağışları bir neçə kiçik şəhərində daşqınlara səbəb olub, elektrik xətlərini sıradan çıxarıb, evləri və müəssisələri dağıdıb.

Alabama ştatının Oranc Biç şəhərinin meri Tony Kennon xəbər agentliklərinə fırtına nəticəsində bir sakinin öldüyünü, digərinin isə itkin düşdüyünü bildirib.

Sallinin Florida ştatının məşhur kurort bölgəsi Pensacola və Hərbi Dəniz Donanmasının yerləşdiyi Eskambiya mahalının 61 santimetrə qədər yağan yağışlardan sonra təcili yardım dəstələrinin azı 377 nəfəri xilas etdiyi bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG