Accessibility links

İsa peygəmbərin doğulduğu Betlehem şəhərində Milad bayramı keçirilib [Video]


İsa peygəmbərin doğulduğu Betlehəm şəhərində Milad bayramı keçirilib
please wait

No media source currently available

0:00 0:01:59 0:00

İsa peygəmbərin doğulduğu Betlehem şəhərində Milad bayramı keçirilib

Fələstinli yeniyetmələr bazar günü Müqəddəs doğum kilsəsinin qarşısında yürüş keçiriblər.

İsa peygəmbərin doğulduğu yer kimi tanınan Betlehem şəhərində Milad bayramı şənlikləri adət halını alıb.

Bayram paradına yüzlərlə insanın qoşulmasına baxmayaraq Vaşinqtonun Qüdsü İsrailin paytaxtı kimi tanıması səbəbindən bir çox fələstinli və turist yürüşdən uzaq durmağa çalışıb.

ABŞ prezidenti Donald Trampın qərarı Şərqi Qüdsü paytaxtları olaraq görmək istəyən fələstinliləri çox hiddətləndirib. Qərardan sonra Betlehem və İordan çayının Qərb sahilindəki digər bölgələrdə şiddətli qarşıdurmaların sayı getdikcə artıb.

Trampın qərarını dəstəkləyən İsrailin Baş Naziri Benyamin Netanyahu bazar günü axşam video mesaj yayımlayaraq növbəti il müqəddəs torpaqlarda Miladla əlaqədər şəxsi turlar həyata keçirəcəyini bildirib.

“Mən fəxr edirəm ki, İsraildə xristianlıq inkişaf edib. Çünki biz insanlar arasındakı dostluğa və hər kəsin müqəddəs torpaqlarda ibadət etmə azadlığına hörmət edirik. Bütün gücümüzlə onların hüquqlarını qoruyuruq", Benyamin Netanyahu bildirib.

Fələstinlilərin idarəsi altında olan Betlehem şəhərinin rəsmiləri Manqer meydanındakı Milad ağacı ətrafında müxtəlif şüarlar yazılan pankartlar yerləşdiriblər.

"Burdakı şüar göstərir ki, biz insanlar Trampın qərarına etiraz edir və işğal olunmuş ərazilərin azad olunmasını istəyirik. Biz azadlıq və insan ləyaqəti tələb edirik", Betlehəm şəhərinin meri Anton Salman bildirib.

Vatikanda baş tutan Milad Gecəsi dua mərasimində çıxış edən Roma Papası Frensis Vaşinqotunun qərarını tənqid edib.

Roma Papasının çıxışı torpaqlarında sülhün bərpa olunacağına inanan fələstinlilər də daxil olmaqla, dünyadakı xristianlar üçün əhəmiyyətli bir mesaj olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG