Accessibility links

Beton istehsalında karbon dioksid izləri əhəmiyyətli dərəcədə azaldılıb


Bu, sözün əsl mənasında müasir həyatın təməlidir.

Yer üzündə demək olar ki, hər bir daimi inşaatın təməlinə beton lövhə qoyulur. Beton bloklar dünya miqyasında əsas tikinti materialıdır və 2027-ci ilə qədər hər il 1 trilyon istehsal edilməlidir.

Amma dünyanın insan istehsalı olan bu material eyni zamanda planetin temperaturunu yüksəldən karbon dioksidin ən böyük mənbələrindən biridir.

Beton istehsalı dünyadakı karbon dioksid emissiyalarının 4%-lə 8% -nin məsuliyyətini daşıyır və qazıntı yanacağının yandırılması və meşələrin kəsilməsindən sonra üçüncü yerdədir.

Əhali sayının artması ilə bu tikinti materialına tələbatın artacağı təxmin edilir. Bir təxminə görə, binaların döşəmə sahəsi 2060-cı ilədək iki dəfə artacaq.

Artıq bir sıra şirkət addımlar atmağa başlayıb. Bəziləri hətta çirkləndirici maddə olan karbon qazını resurs mənbəyinə çevirməyin yollarını aşkar edib.

İki şirkət (CarbonBuilt və CarbonCure) bu yaxınlarda karbon dioksid emissiyalarını faydalı məhsullara çevirən texnologiyaları inkişaf etdirməyi hədəfləyən Carbon XPRIZE müsabiqəsinin qalibi olub.

"CarbonCure" şirkətinin rəhbəri və təsisçisi Rob Niven .
"CarbonCure" şirkətinin rəhbəri və təsisçisi Rob Niven .

Beton qum, daş və sementin qarışığıdır. Sement betonu bir-birinə bağlayan yapışqandır və betondan əhəmiyyətli dərəcədə karbon izi buraxan məhz sementdir.

Proses əhəngdaşının təqribən 1500 dərəcə selsiyə qədər qızdırılmasını əhatə edir. Bu, ümumiyyətlə karbon dioksid yaradan qazıntı yanacaqlarının yandırılması deməkdir. Ancaq reaksiya özü daha çox qazın buraxılmasına səbəb olur.

CarbonCure, CarbonBuilt və digər bir neçə şirkət prosesi başdan ayağa dəyişməyin yollarını tapıb. Karbon dioksidi sementə sərtləşməmişdən əvvəl, hələ nəm olduqda vururlar. Sement üçün formulları dəyişdirərək, karbon dioksidin betonun içərisində minerallar meydana gətirməsinə yol açılır və onu qalıcı bir şəkildə bağlayır.

Carbon XPRIZE qalibləri karbon qazını elektrik stansiyalarından çəkir. Ancaq bunlar birbaşa beton zavodunun əhəngdaşı qızdırılan sobalarına da bağlana bilər.

Karbon dioksidi özünə cəzb edən mineralların yaranması karbon izlərinin azaldılmasının bir yoludur.

Betonun tərkibində əmələ gələn minerallar sementi daha da gücləndirir. Beləliklə, beton hazırlamaq üçün daha az sementə ehtiyac duyulur.

Daha az sement daha az karbon dioksidin yayılması deməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG