Accessibility links

Sərhədsiz Reportyorlar: Azərbaycanda mətbuat azadlığı izləri də məhv edilir


Sərhədsiz Reportyorlar Berlində etiraz aksiyası keçirib (Foto meydan.tv-nin saytından götürülüb)
Sərhədsiz Reportyorlar Berlində etiraz aksiyası keçirib (Foto meydan.tv-nin saytından götürülüb)

Mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” hüquq müdafiə təşkilatı Azərbaycanda son beş həftədə beş aparıcı müstəqil xəbər veb-saytının bloklanmasını pisləyir. Bundan sonra hakimiyyət bunu məhkəmə qərarı ilə təsdiq etmək məqsədilə məhkəməyə müraciət edib. Bu barədə beynəlxalq mətbuatı müdafiə təşkilatının bəyanatında deyilir.

Martın 27-dən “Azadlıq” qəzetinin, “Meydan TV”-nin və “Turan TV”-nin veb-saytları, “Azərbaycan Saatı” televiziya proqramı və “Azadlıq” radiosunun saytı bloklanıb.

Bu yaxınlarda qanunvericiliyə edilmiş düzəlişlər hökumətə “dövlət və cəmiyyət üçün təhlükə təşkil edən” istənilən veb-saytı bloklamaq hüququ verib. Rabitə Nazirliyinin sifarişi ilə bu “qabaqlayıcı” bloklama məhkəmə tərəfindən təsdiq edilməlidir - bu, ədalətli mühakimə sisteminin icra hakimiyyətinin silahlı qanadı kimi fəaliyyət göstərən bir ölkədə formallıqdır, deyə bəyanatda qeyd edilib.

Səbail rayon Məhkəməsi aprelin 27-də və mayın 1-də artıq iki dinləmə keçirib. Amma, Rabitə Nazirliyi bu saytların qanunu məhz nə ilə pozduqlarını bildirməyib. Nazirliyin əməkdaşı müdafiə tərəfinin tələbi ilə bir neçə məqalə göstərib, amma onların hansı hissələrinin pozuntu olduğunu qeyd etməyib.

“Beş aparıcı xəbər veb-saytını bloklamaqla prezident İlham Əliyevin hökuməti Azərbaycanda qalan bütün KİV azadlığı izlərini məhv edir”, deyə Sərəhsiz Reportyorlar təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Yohan Bir bildirib.

“Şəbəkədə, İnternetdə və hətta link və şərh səviyyəsində hökumətin tənqidçilərinin təqibi güclənməkdə davam edir. Beynəlxalq ictimaiyyət, nəhayət ki, hökumətin cəzasızlığına son qoymalı və Avropa İnsan Hüquqları Konvensiyasının və Vətəndaş Hüquqları və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın sistemli şəkildə pozulmasına görə onu məsuliyyətə cəlb etməlidir”, sənəddə qeyd edilir.

İnternet “Azadlıq” qəzetinin oxucularına yeganə çıxış yolu idi, belə ki, o, 2016-cı ilin sentyabrında hakimiyyətin təzyiqi altında çap nəşrini dayandırmaq məcburiyyətində qalıb.

Qəzetin maliyyə direktoru Faiq Əmirov son səkkiz aydır həbsxanadadır, səhhətindəki problemlərlə əlaqədar orada əziyyət çəkir.

“Azadlıq” qəzetinin bir neçə əməkdaşı, o cümlədən baş redaktoru əvəz edən Rahim Hacıyev son aylarda eyni taleyi yaşamamaq üçün ölkədən qaçmaq məcburiyyətində qalıb.

Berlində mühacirətdə yaşayan “Meydan” telekanalının rəhbəri Emin Milli fevralda ölümləhədələndiyinibildirib.

“Kanal 13” veb-resursunun rəhbəri Əziz Orucov mayın 2-də “polisin tələbinə tabe olmamaq”da günahlandırılaraq bir aylıq həbs edilib.

Azərbaycan 2017-ci ildə Sərhədsiz Reportyorlarınmətbuat azadlığı indeksində 180 ölkə arasında 162-ci yeri tutub.

XS
SM
MD
LG