Accessibility links

AŞPA-nin baş məruzəçisi Əfqan Muxtarlı ilə bağlı bəyanat verib


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) söz azadlığı və jurnalistlərin təhlükəsizliyi məsələləri üzrə baş məruzəçisi Vladimir Aryev azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi üzrə bəyanatla çıxış edib.

AŞPA-nın saytında dərc edilmiş bəyanatda mayın 29-da Tbilisidə yoxa çıxmış Muxtarlının taleyindən narahatlıq ifadə olunub. Jurnalistin Gürcüstan paytaxtında oğurlandığı və məcburi şəkildə qonşu Azərbaycana gətirildiyi güman olunur. O, Azərbaycanda həbsdə saxlanılır.

Bu işə Avropa Şurasının jurnalistikanın və jurnalistlərin təhlükəsizliyinin müdafiəsinə yardım Platforması tərəfindən nəzarət olunur. Azərbaycan hakimiyyətindən hələ heç bir cavab alınmayıb.

"Azərbaycanda dissidentlərə qarşı, xüsusən də müstəqil mətbuata qarşı repressiyaların fəallaşmasını pisləyirəm. Aydındır ki, bu hücum Azərbaycan hakimiyyətinin korrupsiyası haqqında materialları ilə məşhur olan araşdırmaçı jurnalistləri susdurmaq məqsədilə törədilib", Aryev bildirib.

O, Azərbaycan hakimiyyətini saxlanılmış jurnalisti dərhal azad etməyə çağırıb.

"Mən AŞPA-da həmkarlarım Boris Çileviçə və Kerstin Lundqrenə qoşuluram və Gürcüstan hakimiyyətini bu iş üzrə bütün ittihamları araşdırmağa və bu araşdırmaların nəticələri haqqında Assambleyaya lazımi şəkildə məlumat verməyə çağırıram", Aryevin bəyanatında qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG