Accessibility links

Şərq Tərəfdaşlığı Sammiti ölkələrin ərazi bütövlüyünü dəstəkləyən Bəyanat qəbul edib


Avropa İttifaqı
Avropa İttifaqı

Brüsseldə "Şərq Tərəfdaşlığı" sammitinin yekunlarına görə Avropa İttifaqının bütün tərəfdaşlarının ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstək yer alan Birgə Bəyannamə qəbul edilib.

Sənəddə deyilir ki, sammit iştirakçıları regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri əsasında sülh yolu ilə nizamlanmasına yardım üzrə səyləri bərpa etməyə çağır.

Münaqişənin həlli, etimadın və yaxşı qonşuluq münasibətlərinin möhkəmləndirilməsi iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır, Bəyannamədə bildirilir.

Qeyd edək ki, sənəd imzalanmazdan əvvəl Azərbaycan və Ermənistan prezidentləri bəyanat verərək, bir-birinə irad bildiriblər.

Belə ki, İlham Əliyev Ermənistanı münaqişəni həll etmək istəməməkdə, status-kvonu saxlamaq cəhdlərində, BMT TŞ-nin Ermənistan qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymamaqda ittiham edib.

Öz növbəsində, Serj Sarkisyan bildirib ki, BMT heç vaxt qətnamələrin Dağlıq Qarabağ məsələsinin nizamlanması ilə bağlı hissəsini qəbul etməyib.

"Təhlükəsizlik Şurasının qətnamələri döyüş əməliyyatlarının dayandırılması ilə bağlı idi", deyən Sarkisyan Əliyevin sözlərini "Ermənistanın ünvanına əsassız ittihamlar" adlandırıb.

O təkrar edib ki, münaqişənin Qarabağda yaşayan ermənilərin öz müqəddəratını həll etmək hüququ həyata keçirilmədən həlli mümkün deyil.

XS
SM
MD
LG