Accessibility links

Beyləqanda stadionun damı çöküb


Azərbaycanın Beyləqan rayonunda yeni inşa edilən stadionun bir hissəsi uçduğu bildirilir. Report.az-ın verdiyi məlumata görə, "Elsevər Şükürov" adına Beyləqan şəhər stadionunun birinci korpusu çöküb.

Şəhərdə son bir neçə gündə yağan güclü qardan sonra stadionun dam örtüyünə yığılan qarın ağırlığı uçquna səbəb olub. Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

Hazırda stadionun dam örtüyü bərpa olunur.

Qeyd edək ki, damı çökdüyü deyilən Beyləqan şəhər stadionu ötən il istifadəyə verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG