Beynəlxalq Fəza Stansiyasının yeni üç heyət üzvü var.
İki amerikalı astronavtı və bir rusiyalı kosmonavtı daşıyan Soyuz fəza kapsulu çərşənbə günü Qazaxıstandan fəzaya yollandıqdan beş saat sonra Beynəlxalq Fəza Stansiyasına çatıb.
Onların hər üçü fəza stansiyasında beş ay yarım qalacaq və sınaqlar həyata keçirəcək.
Astronavtlar iyul ayından bəri fəza stansiyasında olan rusiyalı, amerikalı və italiyalı digər heyət üzvlərinə qoşulacaqlar.