Accessibility links

Beynəlxalq kosmik ekipaj Yerə qayıdıb


Amerika astronavtı Keyt Rubins Soyuz kapsulundan çıxarılır, Jezkazgan, Qazaxıstan, 30 oktyabr, 2016-cı il.
Amerika astronavtı Keyt Rubins Soyuz kapsulundan çıxarılır, Jezkazgan, Qazaxıstan, 30 oktyabr, 2016-cı il.

Beynəlxalq Fəza Stansiyasının üç astronavtı 115 gün kosmik fəzada missiyanı yerinə yetirdikdən sonra Yerə qayıdıb. Amerikalı astonavt Keyt Rubins DNT ardıcıllığını kosmosda tədqiq edən ilk şəxsdir.

Rubins, Yaponiya astronavtı Takuya Onişi və Rusiya kosmonavtı Anatoli İvanişin bazar günü Qazaxıstanda Jezkazqan şəhəri yaxınlığındakı çöllük ərazidə kosmodromda Yerə eniblər.

Enmə aparatından çıxarılan astonavtlar dörd ay çəkisizlik şəraitindən sonra Yerin cazibə qüvvəsinə uyğunlaşmaq üçün bir müddət kreslolarda əyləşiblər. Daha sonra onlar müayinə olunmaq üçün yaxınlıqdakı tibb məntəqsinə aparılıblar.

Rusiya fəza agentliyinin işçiləri kosmonavt Anatoli İvanişinə Yerə endikdən sonra Soyuz kapsulundan çıxmağa kömək edir, Jezkazgan, Qazaxıstan
Rusiya fəza agentliyinin işçiləri kosmonavt Anatoli İvanişinə Yerə endikdən sonra Soyuz kapsulundan çıxmağa kömək edir, Jezkazgan, Qazaxıstan

Kosmosda olduğu müddətdə NASA alimi Keyt Rubins siçanın, virusun və bakteriyanın DNT nümunələrinin ardıcıllığını müvəffəq şəkildə tədqiq edə bilib. Eyni zamanda Yerdə də alimlər eyni nümunələrin ardıcıllığını tədqiq edib. ABŞ-ın fəza agentliyinin bildirdiyinə görə, bu təcrübə kosmik stansiyada təhlükəli mikrobların üzə çıxarılması və fəzada xəstəliklərin diaqnostika olunmasına imkan yarada bilər.

Rusiya kosmonaftları Andrey Borisenko və Sergey Rıjkov, eləcə də amerikalı asttonavt Robert Şeyn Kimbrou Beynəlxalq Fəza Stansiyasında kosmik missiyanı davam etdirir. Onlar stansiyaya oktyabrın 22-də çatıb.

XS
SM
MD
LG