Accessibility links

Mladiç ömürlük həbs cəzası aldı


Mladiçə ömürlük həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Beynəlxalq müharibə cinayətləri tribunalı Bosniya serblərinin sabiq hərbi komandiri, general Ratko Mladiçə hökm oxuyub. O, 1990-cı illərdə Bosniyada münaqişə zamanı müharibə cinayətləri törətməkdə ittiham edilib. Məhkəmə Mladiçə qarşı irəli sürülən soyqırım, müharibə cinayətləri, təqib, deportasiya və insanlığa qarşı cinayət də daxil olmaqla, 11 ittihamın 10-na görə hökm oxuyub və ona ömürlük həbs cəzası verib.

General Mladiçin adı hər zaman 1995-ci ildə Srebrenitsada yeddi min müsəlman kişi və oğlanın kütləvi qətli ilə bir hallanacaq. O, Yuqoslaviyanın parçalanmasından sonra Bosniyada üç il sürən müharibəbə roluna görə 11 maddə ilə ittiham edilmişdi.

“Birinci maddə: soyqırım.”

1995-c ildə Bosniya serbləri BMT-nin müdafiə altında olan Srebrenitsa anklavına nəzarəti əlinə aldı. Təxminən 15 min kişi Bosniya müsəlmanlarının nəzarətində olan əraziyə keçmək üçün yaxınlıqdakı meşəyə qaçdı. Serb hərbçilər onların qaçmasına mane olmaq üçün onları təqib edirdi.

Srebrenitsada sağ qalmış insanlar:

“Onlar meşədə bizi dovşanı qovan kimi təqib edirdi.”

“Mənim bəxtim gətirdi ki, Bosniyanın nəzarətində olan azad əraziyə keçə bildim. Mən sözün əsl mənasında bağırsaqlarımı əlimdə oraya gəlib çıxmışdım.”

Müharibədən sonra kütləvi məzarlıqlarda Srebrenitsa regionunda minlərlə insanın qalıqları tapılıb. Bu məzarlıqlar Bosniyanın bir çox yerlərində aşkar edilib. Çoxları əlləri bağlı güllələnib. Bu o deməkdir ki, onlar müharibə əsirləri olub.

Prokurorlar Mladiçə ömürlük həbs cəzası tələb edirdi. Onun müdafiə vəkilləri isə müharibə cinayətlərinin Mladiçin qüvvələri tərəfindən törədilmədiyini deyir və ona bəraət istəyirdi. Mladiç serblərin çoxu tərəfindən qəhrəman sayılır.

Srebrenitsanın meri Mladen Qruyiçiç:

“O, serb kəndlərinin müdafiəsinə gətirib çıxarmış əmrlər verən bir komandir olub.”

ABŞ-ın prezident Corc Buş dövrü Müharibə cinayətləri üzrə xüsusi səfiri olan Pyer Prosper Amerikanın Səsinə deyib ki, Mladiç professional hərbi komandir kimi hərəkət etməyib.

“Serb Respublikası mənim fikrimcə, baş verən hadisələr, onun rolu, o zaman rəsmilərin rolu məsələsində bir razılığa gəlməlidir. Çünki əgər biz keçmişdə qalmağa davam etsək, bu, gələcək üçün fəlakət demək ola bilər.”

Bosniya münasqişəsi 1995-ci ildə Deyton Sülh razılaşması ilə başa çatdı. Razılığa əsasən, Bosniya iki hissəyə: Serb Respublikası və Boşnyak-Xorvat Federasiyasına ayrıldı. Lakin etnik gərginliklər hələ də qalır. Səfir Prosper deyir ki, Haaqadakı tribunal cinayətlərə görə şəxsi məsuliyyət və hesabatlılığa dair mesajın verilməsi üçün mühümdür. Lakin onun sözlərinə görə, məhkəmə həm də birlik prosesini bu mesaja daxil etməlidir. O deyir ki, indi Bosniya xalqının bu prosesə başlamasının vaxtıdır.

XS
SM
MD
LG