Accessibility links

Beynəlxalq koalisiya: Azərbaycan hökuməti tənqidə görə sərt cəzalar tətbiq edir


Azərbaycan hökuməti söz azadlığına çoxməqsədli hücum həyata keçirir, o cümlədən İnternetdə tənqidi ifadələrə görə sərt cəzalar tətbiq edir, qraffitiyə görə gəncləri həbs edir, müstəqil kütləvi informasiya vasitələrinin veb-saytlarına çıxışı bağlayır, habelə jurnalistləri və blogerləri sıxışdırır və onların hüquqlarını pozur.

Bu barədə 19 beynəlxalq hüquq müdafiə təşkilatını birləşdirən beynəlxalq koalisiyanın bəyanatında deyilir. Bu təşkilatlar Azərbaycan hakimiyyətini bu təhlükəli tendensiyanın qarşısını almağa və əsas insan hüquq və azadlıqlarına hörmət etməyə çağırıb.

Onlar həmçinin beynəlxalq tərəfdaşları Bakıdan Avropa İnsan Hüquqlarının Müdafiəsi Konvensiyasının, Vətəndaş Hüquqları və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın iştirakçısı kimi öz öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırıb.

Bu il NİDA-nın iki gənc fəalı Bayram Məmmədov və Qiyas İbrahimov Bakıda Heydər Əliyevin abidəsinə şüar yazdıqlarına görə həbs olunublar. Amma onları saxta narkotik ticarəti ittihamı ilə həbs ediblər və polis bölməsində işgəncə veriblər.

İbrahimov bu yaxınlarda 10 il müddətinə azadlıqdan məhrum edilib, Məmmədovu isə ötən cümə günü prokuror 10 il müddətinə azadlıqdan məhrum etməyi xahiş edib.

Sumqayıtda jurnalist İkram Rəhimov və sıravi şəxs Rəhman Novruzov yerli hakimiyyətin rüşvətxorluğu haqqında məlumatdan sonra böhtana görə mühakimə olunublar.

Rəhimov iddia edir ki, yerli polis bölməsində şəhər merindən üzr istəməkdən imtina etdiyinə görə üç gün ona işgəncə veriblər.

Cəlilabad rayonunda jurnalist Əfqan Sadıqov saxta “sağlamlığa ziyan vurmaq” ittihamı ilə məhkəmə qarşısına çıxarılıb və o, beş ilədək azadlıqdan məhrum edilə bilər.

Azərbaycan jurnalistlərinin əsassız təqibi narahatlıq doğurur, dövlətin öz vətəndaşlarının ifadə azadlığı hüququnu, işgəncələrdən və özbaşına saxlanmadan müdafiə hüququnu qoruması çox vacibdir.

Amma noyabrın sonlarında parlament gizli hesablardan “onlayn diffamasiyaya və ya prezident İlham Əliyevin şərəf və ləyaqətinin təhqir edilməsinə görə” cinayət məsuliyyəti müəyyən edən qanunlar qəbul edib.

Bəyanatı imzalayan təşkilatlar Azərbaycan hakimiyyətini jurnalistlərin siyasi motivli təqiblərinə və onlara qarşı işgəncələrə son qoymağa, fərqli düşüncə və söz azadlığına görə cinayət məsuliyyətini ləğv etməyə, Qiyas İbrahimovu və Bayram Məmmədovu azad etməyə, ictimaiyyətə müstəqil xəbər və fikir mənbələrinə maneəsiz çıxış verməyə çağırırlar.

“Bundan başqa, biz Azərbaycanın beynəlxalq tərəfdaşlarını bu ölkənin öz beynəlxalq öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün həm ikitərəfli əsaslarla, həm də çoxtərəfli institutlar çərçivəsində malik olduqları imkanlardan istifadə etməyə çağırırıq.

Biz həmçinin Mədən Sənayesində Şəffaflığın təmin edilməsi Təşəbbüsünü Azərbaycanın təşkilata üzvlüyü haqqında qərar qəbul edərkən əsas insan hüquqlarının bu pozuntularını diqqətə almağa çağırırıq”, deyə Article 19, International Media Support, International Partnership for Human Rights, MYMEDIA, Netherlands Helsinki Committee, Norwegian Helsinki Committee, PEN America, PEN International, People in Need, Platform, Reporters Without Borders, World Organisation Against Torture və digərlərinin imzaladığı bəyanatda qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG