Accessibility links

Spiker Beyner Rusiya nümayəndə heyəti ilə görüşməkdən imtina edib


ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Con Beyner Rusiya parlamentinin nümayəndə heyətinin üzvləri ilə görüşməkdən imtina edib. Bu haqda məlumatı CNN telekanalı spiker Beynerin sözçüsü Maykl Still yayıb.

CNN şirkəti Rusiyanın Vaşinqtondakı səfirliyinin nümayəndəsinə istinadən diplomatların Konqres liderlərinə Kapitoliyada nümayəndə heyəti ilə görüş barədə müraciət göndərib.

“Biz səfərin planlaşdırılması ilə məşğul oluruq. Səfərin dəqiq tarixi hələ müəyyən deyil, amma bunun gələn həftə olacağı gözlənilir,” deyə səfirliyin nümayəndəsi bildirib.

Rusiya nümayəndə heyətinin tərkibi haqda hələlik məlumat verilməyib. Səfirliyin nümayəndəsi nümayəndə heyətinə parlamentin aşağı və yuxarı palatalarının üzvlərinin daxil olacağı və hər iki partiyadan senatorlar və konqresmenlərlə görüşməyi planlaşdırdığını deyib.

Suriyanın əsas müttəfiqi və ticarət tərəfdaşı olan Rusiya Əsəd hökumətinə dəstəyi davam etdirərək, ABŞ-ın Suriyada kimyəvi silahlardan istifadə edilməsinə cavab olaraq məhdud hərbi əməliyyatlarına qarşı çıxış edir.

Rusiya parlament nümayəndə heyətinin üzvlərinin spiker Beynerlə yanaşı ABŞ Konqresində hansı qanunvericilərlə görüşməyi planlaşdırdığı məlum deyil, lakin müşahidəçilər onların Vaşinqtonda soyuq qarşılana biləcəyini ehtimal edir.

Senatın Xarici Əlaqələr komitəsinin keçmiş həmsədri Riçard Luqar Konqres və Rusiya parlamenti arasında münasibətlərin hazırkı dövrdə pisləşdiyini qeyd edib. Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin Konqresdə Suriya ilə bağlı səsverməyə hər hansı bir şəkildə təsir göstərəciyi gözlənilmir Lakin o eyni zamanda ABŞ Konqresi və Rusiya parlamentinin üzvləri arasında müsbət dialoqun baş verə biləcəyini və bunun da digər müsbət inkişaflara gətirib çıxara biləcəyini bildirib.
XS
SM
MD
LG