Dünya boyu alimlər və mühəndislər yavaş amma qətiyyətli şəkildə beynin idarə edə bildiyi süni üzvləri yaxşılaşdırmağa çalışırlar. Onlar bu üzvləri pasientlər üçün daha əlverişli etməyə ümid edir. İsveçrə Federal Texnologiya İnstutunun tədqiqatçıları deyir ki, onların hazırladığı yüngül süni əl bir gün paraplegiya xəstələrinə heç kimin köməyi olmadan yemək yeməyə yardım edə bilər.
Onurğa beyni xəsarəti olan xəstələr üçün əlverişlli ekzoskeleton inkişaf etdirməyə ən böyük əngəllərdən biri heç nəyi əl ilə tutmaq gücü olmayan pasientin barmaqlarına qüvvə verməkdir.
Bunu etməyin bir yolu hərəkətetdirici adlanan kiçik elektrik motorlar sayəsindədir. Lakin onun quruluşu mexaniki baxımdan çox mürəkkəbdir və elektrik enerjisi tələb edir. Bu isə onların daha bahalı və irihəcmli olmasına gətirib çıxarır.
İsveçrə Federal Texnologiya İnstutunun alimləri bu problemi hərəkətvericiləri əldən pasientlərin sinələrinə taxa biləcəkləri qutuya ötürür və bu, ekzoskeletonun barmaqsız əlcək kimi yüngül olmasına səbəb olur.
“Cihaz süni vətərlərə əsaslanır. Yəni hərəkətverici özü əlin arxa tərəfinə yerləşdirilir ki, ovuc boş olsun və beləcə əlin hiss etmək qabiliyyəti saxlanılır ki, pasientlər əşyaları əlləri ilə tuta bilsinlər,” deyə tədqiqatçı Luka Randazzo bildirir.
Ekzoskeletonun hərəkətləri sensorlarla təchiz olunmuş papaq vasitəsilə göndərilən beyin dalğaları ilə idarə olunur.
Araşdırma zamanı alimlər cihazın təşviq etdiyi hərəkətlərin sağlam əl hərəkətlərinə bənzər beyin modelləri ilə nəticələndiyini aşkar edib. Pasientlərin barmaqlarında aldığı hissiyatlar onlara hərəkətləri üzərindəki idarəni yaxşılaşdırmağa da yardım edib.
“Bu ekzoskeleton əl pasientin normal əlin etdiyi hərəkətləri etməsinə, eyni zamanda isə sağlam insanın əli hərəkət edən zaman edilən beyin fəaliyyətinə gətirib çıxarır,” deyə layihə lideri Hose Del R. Milan bildirir.
Pasientin xəsarətindən asılı olaraq, ekzoskeleton əl göz hərəkətləri, səsli göstərişlər və ya xəsarət alan üzvün qalıq əzələ fəaliyyəti ilə idarə olunur.