Accessibility links

Beynəlxalq qurumlar Müəmmər Qəzzafiyə qarşı ölçülər planı üzərində işləyir


Beynəlxalq qurumlar Müəmmər Qəzzafiyə qarşı ölçülər planı üzərində işləyir
Beynəlxalq qurumlar Müəmmər Qəzzafiyə qarşı ölçülər planı üzərində işləyir

Avropa İttifaqının liderləri Brüsseldə toplaşaraq, Liviya lideri Müəmmər Qəzzafinin istefasının tələbi planı üzərində işləyir. Britaniya və Fransa bütün variantların masa üzərində olduğunu bildirib. Fransa rəsmiləri BMT-nin təsdiqi ilə xalqına qarşı kimyəvi silahlardan istifadə etdiyi təqdirdə, Qəzzafiyə qarşı ölçülər götürülməsini istəyir. Britaniya və Fransa Qəzzafi ordusunun rəqib döyüşçülərə havadan hücumuna mane olmaq üçün uçuşlara yasaq zona yaradılması barədə qətnamə layihəsi hazırlayıb. Almaniya, İtaliya və qurumun xarici əlaqələr şöbəsinin rəhbəri Katrin Aşton daha ehtiyatlı addımların tərəfdarıdır. Ərəb liqası sabah Qahirədə toplantı keçirib,Liviyadakı durumu nəzərdən keçirəcək.

XS
SM
MD
LG