Accessibility links

Beyonse: "Gender bərabərliyi hələ ki, reallıq deyil”


“Dünyanı Kim İdarə edir?” klipinin ifaçısı Beyonse daxili hisslərini əks etdirən, gender bərabərliyi haqda inşa yazıb.

32 yaşlı müğənni qadın fəallara qoşularaq Hillari Klinton kimi şəxsiyyətlərin qadınları gücləndirməsindən yazıb.

İnşa Maria Şrayverin Amerikada qadınların mövqeyini əks etdirən illik hesabatının bir hissəsidir.

Beyonse həm də himn ifa edən qadın kimi tanınır. Lakin yazdığı inşanın mövzusundə o, gender bərabərliyi “hələ ki, reallıq deyil” sözlərini yazıb.

Kolleksiyaya Eva Lonqeriya və LeBron Ceyms də öz töhfələrini verib.

Bir zamanlar məşhur olan “Müstəqil Qadın” mahnısının ifaçısı dünya qastrol səfərini Mis Karter şousu adlandırmaqla qarışıq mesaj göndərdiyinə və cəlbedici şərhlər verdiyinə görə tənqid edilib.

Amma belə görünür ki, bir uşaq anası nöqsanları aradan qaldırmaqdadır. Görəsən bu qadının edə bilməyəcəyi nəsə varmı?
XS
SM
MD
LG