Accessibility links

Vaşinqtonda İncil muzeyi xristianların müqəddəs kitabına dair qədim eksponatları sərgiləyir [Video]


Vaşinqtonda İncil muzeyi
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Vaşinqtonda İncil muzeyi

İncil dünyanın ən tanınmış kitablarından biridir. Lakin bu dini əlyazmalar müxtəlif təriqətlər tərəfindən müxtəlif şəkildə şərh edilib. Vaşinqtonda, Kapitoli binası yaxınlığında yenicə açılan İncil muzeyində $500 milyon dollar qiyməti olan müxtəlif eksponat və dünyanın hər yerindən, müxtəlif əsrlərə məxsus İncil görmək olar.

İncil muzeyində müxtəlif dini mahnılar, İvrit dilində yazılar və müasir İncil kitablarının olması təəccüblü deyil. Muzeyin icraçı direktoru Toni Zeys müqəddəs İncilin vacib rol oynadığını, bu kitabın insanlara həyat yolu göstərdiyini deyir:

“Oradan çox sayda həyat dərsi öyrənmək olar. Buna görə də biz diqqətimizi bu kitabın tarixinə, nəsihətlərinə və təsirinə yönəldirik. Biz ziyarətçiləri bu gözəl kitab haqda daha çox məlumatlandırmağa çalışırıq.“

Bura elə düzəldilib ki, gəzinti zamanı siz tamamilə başqa bir yeri, 2000 il əvvəli görə bilirsiniz.

Toni Zeys 100-dən çox alimin üzərində işlədiyi, müxtəlif eksponatları olan bu, bir neçə mərtəbəli İncil muzeyinin təriqət muzeyi olmadığını deyir. Bu muzeyin liftində belə insanları maarifləndirəcək və əyləndirəcək şəkillər görmək olar.

Burada eləcə də İsa Məsihin anadan olub böyüdüyü Nazareti də görə bilirsən.

“Bura elə düzəldilib ki, gəzinti zamanı siz tamamilə başqa bir yeri, 2000 il əvvəli görə bilirsiniz,” deyə muzeyin işçisi Sith Pollinger bildirir.

Muzey dünyanın ən böyük sənət əsərlərinin fərdi satışı ilə məşğul olan, mühafizəkar xristian yevangelist Stiv Qrin tərəfindən maliyyələşdirilir. “Bizim ailə üçün inandığımız bir şeyi gizli saxlamaq çətin olardı. Biz bu kitabın müqəddəsliyinə inanırıq. Məqsədimiz İncili insanlara jurnalistika nöqteyi-nəzəri ilə çatdırmaqdır.”

Georgetown Universitetinin yəhudi professor Jak Berlinerbro muzeydə bəzi gizli motivlərin olduğuna inanır. “Muzeyin insanları Allaha, İsa Məsihə cəlb etməsi məramının olmadığı ideyası absurddur.”

Liberal yevangelist xristian, professor Con Fea müzeyin ölkə paytaxtında yerləşdirilməsinin başqa məramdan xəbər verdiyini söyləyir. “Bu addımı Qrinlərin inancına uyğun olaraq kimi xristian dəyərlərin və İncilin yevangelik Protestantlar tərifndən yozumunun Amerika siyasi həyatına, mədəni həyatına gətirilməsindən başqa bir şey kimi anlamaq çətindir.”

Əgər kiminsə hansısa eksponata iddiası varsa, biz bunu qəbul edəcəyik.

Kolleksiyada bəziləri xaricdən, bəziləri Yunanıstanın qədim kolleksiyalarından, bəziləri İraqdan qaçaqmalçılıq yolu ilə gətirilən, ailələrdən satın alınan qədim əsərlər var. Sonuncu eksponata görə 3 milyon dollar cərimə ödəmiş Qrin Amerikanın Səsinə onu geri qaytarmaq nityyətində olduğunu deyib.

“Əgər kiminsə hansısa eksponata iddiası varsa, biz bunu qəbul edəcəyik.”

Muzey rəsmiləri insanları muzeyə baş çəkib bura haqda özləri nəticə çıxarmağa çağırır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG