Accessibility links

Bayden administrasiyası Konqresdən yan keçərək İsrailə təcili silah satışını təsdiqləyib


ABŞ Prezidenti Co Bayden.
ABŞ Prezidenti Co Bayden.

İsrail artan beynəlxalq tənqidlər fonunda Qəzzada HƏMAS-a qarşı müharibəni davam etdirdiyi bir vaxtda, Bayden administrasiyası bu ay artıq ikinci dəfədir ki, İsrailə təcili silah satışını təsdiqləmək üçün Konqresdən yan keçir.

Dövlət Departamentinin cümə günü verdiyi məlumata əsasən, dövlət katibi Antoni Blinken Konqresə bildirib ki, o, İsrailin artıq aldığı 155 mm-lik mərmilərin işləməsi üçün lazım olan qoruyucular, doldurucular və primerlər də daxil olmaqla 147,5 milyon dollarlıq avadanlıq satışını əhatə edən ikinci fövqəladə qərar qəbul edib.

“İsrailin müdafiə ehtiyaclarının aktuallığını nəzərə alaraq, dövlət katibi Konqresə transferin təcili təsdiqini tələb edən fövqəladə vəziyyəti müəyyən etmək üçün ona həvalə edilən səlahiyyətdən istifadə etdiyi barədə məlumat verib," departament bildirib.

​“Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinə sadiqdir və İsrailin özünü üz-üzə olduğu təhlükələr qarşı müdafiə edə bilməsini təmin etmək ABŞ-ın milli maraqları üçün zəruridir,” departament deyib.

Fövqəladə vəziyyətin müəyyən edilməsi o deməkdir ki, bu satış xarici hərbi satışlar üçün lazım olan Konqresin nəzərdən keçirmək tələbini yan keçəcək. Bu cür qərarlar nadir olsa da, görünməmiş deyil və administrasiyalar silahların qanunivericilərin təsdiqi olmadan çatırıdırmasına təhcili ehtiyacın olduğunu gördükləri zaman bunu ediblər.

Blinken dekabrın 9-da İsrailə 106 milyon dollardan çoox dəyərində təxminən 14 min ədəd tank sursatının satışını təsdiqləmək üçün bənzər qərar verib.

Hər iki addım Prezident Co Baydenin Ukrayna, İsrail və başqa milli təhlükəsizlik ehtiyacları üçün təxminən 106 milyard dollarlıq yardım tələbi ABŞ-n immiqrasiya siyasəti və sərhəd təhlükəsizliyi ilə bağlı debat səbəbilə Konqresdə ilişib qaldığı bir vaxtda təsafdüf edir. Bəzi Demokrat qanunvericilər Amerikanın Yaxın Şərqdəki müttəfiqinə təklif etdiyi 14,3 milyard dollarlıq yardımına İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin HƏMAS-la müharibə zamanı Qəzzada mülki əhalinin itkilərini azaltmaq üçün konkret addımlar atmasını şərt qoşmağı müzakirə ediblər

​Dövlət Departamenti satışın insan haqları səbəbilə potensial tənqidlərə qarşı durmaq məqəsidlə İsrailin oktyabrın 7-də HƏMAS-ın İsraildə hücumlarına cavab əməliyyatına başlamasından bəri artan mülki itkilərin minimuma endirilməsinin vacibliyini vurğulamaq üçün İsraillə daim əlaqə saxladığını bildirib.

“Biz İsrail hökumətinə təkidlə vurğulayırıq ki, onlar təkcə beynəlxalq humanitar hüquqa riayət etməməli, həm də mülki şəxslərə dəyən zərərin qarşısını almaq üçün mümkün olan bütün addımları atmalıdırlar.”

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG