Accessibility links

ABŞ vitse-prezidenti Keniyada islahatlara nikbinliklə baxdığını bildirib


Üç günlük səfərlə Keniyada olan Bayden mətbuat konfransı zamanı bildirib ki, ölkədə yeni konstitusiya qəbul edilsə və idarəçilik möhkəmləndirilsə, Birləşmiş Ştatlardan daha böyük yardım və insvestisiyalar üçün qapılar açılacaq

ABŞ-ın vitse-prezidenti Co Bayden deyib ki, o, Keniya rəhbərliyinin siyasi islahatları həyata keçirəcəyinə nikbinliklə baxır.

Hazırda üç günlük səfərlə Keniyada olan Bayden mətbuat konfransı zamanı bildirib ki, ölkədə yeni konstitusiya qəbul edilsə və idarəçilik möhkəmləndirilsə, Birləşmiş Ştatlardan daha böyük yardım və instestisiyalar üçün qapılar açılacaq.

Bayden bu açıqlamaları prezident Mvayi Kibaki və baş nazir Rayla Odinqa ilə görüşdən sonra verib.

Keniyanın bu iki lideri ölkəni 2008-ci ildə 1300 adamın ölümülə nəticələnmiş seçki sonrası zorakılıqlardan sonra hakimiyyətin bölüşdürülməsi prinsipi üzrə idarə edir.

Əldə edilmiş razılığa əsasən səlahiyyətlərdən sui-istifadə edilməsinə yol verməm’k və zorakılıqlara getirib çıxaran etnik gərginliyə yol verməmək məqsədilə ölkənin yeni konstitusiya layihəsi hazırlanmalıdır.

Keniyada səsvermə avqustun 4-ə təyin edilib.

XS
SM
MD
LG