ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Tsinpin cümə günü video zəng zamanı Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı danışıblar və Çin mediasının bildiriyinə görə, Şi belə münaqişələrin heç kimin maraqlarına uyğun olmadığını vurğulayıb.
Baydenin Çin liderinə Pekinin işğalı dəstəklədiyi təqdirdə yüksək bədəl ödəyəcəyini söyləməsi gözlənilirdi ki, bu xəbərdarlıq iki dövlət arasında münasibətlərin kəskinləşdiyi bir vaxta təsadüf edib.
Ağ Evdən verilən məlumata görə, zəng iki saatdan az davam edib.
Daha əvvəl ABŞ dövlət katibinin müavini Vendi Şerman MSNBC-yə bildirib ki, Şi Rusiya prezidenti Vladimir Putinə Ukraynada "bu seçim müharibəsini, bu qırğını dayandırmağı" deməlidir.
"Çin tarixin doğru tərəfində dayanmalıdır. Rusiyaya qarşı tətbiq edilən sanksiyaları maliyyə və ya başqa yolla doldurmayacağına zəmanət verməlidir" – deyə, o, CNN-ə deyib.
Şi Baydenə deyib ki, Ukrayna hadisələri kimi münaqişələr və qarşıdurmalar heç kimin maraqlarına uyğun deyil. Bu barədə Çin dövlət mediası məlumat yayıb.
Şi bildirib ki, dövlətlərarası münasibətlər qarşıdurma mərhələsinə keçə bilməz və münaqişələr və qarşıdurmalar heç kimin maraqlarına uyğun deyil.
"Ukrayna böhranı bizim görmək istəmədiyimiz bir şeydir"- deyə, Çin lideri qeyd edib. Çin dövlət mediası bildirib ki, zəng ABŞ tərəfinin istəyi ilə baş tutub.