Accessibility links

HƏMAS lideri İsrailin hava hücumu zamanı üç oğlunun və nəvələrinin həlak olduğunu bildirib


HƏMAS-ın ali lideri İsmayıl Haniyənin çərşənbə axşamı bildirdiyinə görə, İsrailin Qəzza zolağına endirdiyi hava hücumu zamanı onun üç oğlu və iki nəvəsi ölüb.

Yaxın Şərqin xəbər agentlikləri Hazim, Əmir və Məhəmməd Haniyələrin digər ailə üzvləri ilə birlikdə Qəzza şəhərindəki Şati qaçqın düşərgəsi yaxınlığında avtomobilə hücum zamanı həlak olub. Hazırda Qətərdə mühacirətdə yaşayan İsmayıl Haniyə əslən Şatidəndir.

İsmayıl Haniyə Al-Jazeera xəbər kanalına müsahibəsində "üç oğlunun və nəvələrindən bəzilərinin şəhid olduğunu" təsdiqləsə də, lakin bu hadisənin militant qrupun İsraillə atəşkəs danışıqlarındakı tələblərinə təsir etməyəcəyini deyib. Hücum zamanı onun iki nəvəsi ölüb, üçüncüsü yaralanıb.

Al-Jazeera tele-kanalına "Tələblərimiz aydın və konkretdir. Biz onlara güzəşt etməyəcəyik" deyib Haniyə.

"Düşmən danışıqların kulminasiya nöqtəsində oğullarımı hədəf alarkən HƏMAS-ı mövqeyini dəyişməyə sövq edəcəyini düşünürsə, aldanır” - deyə, o əlavə edib.

İsrail ordusu hücumla bağlı şərh verilməyib.

HƏMAS çərşənbə axşamı bildirib ki, təklif onun tələblərinə cavab vermir, lakin onu nəzərdən keçirəcək.

ABŞ prezidenti Co Bayden çərşənbə axşamı gec saatlarda yayımlanan müsahibəsində İsrailin baş naziri Benyamin Netanyahunun İsrailin HƏMAS silahlı qruplaşmasına qarşı müharibəsinə yanaşma tərzi ilə razı olmadığını və humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün İsrailin döyüşlərin dayandırılmasına çağırış etməli olduğunu bildirib.

İspandilli Univision şəbəkəsi aprelin 3-də, İsrailin zərbəsi nəticəsində Qəzzada "World Central Kitchen" yardım qrupunun yeddi əməkdaşının öldürülməsindən iki gün sonra Baydenlə müsahibə aparıb.

Bayden Qəzza xalqına ərzaq və tibbi yardım göstərməmək üçün heç bir səbəb olmadığını və bu səylərin "hazırda həyata keçirilməli olduğunu" deyib.

Bayden "Mən israilliləri atəşkəsə çağırmalarını, növbəti altı-səkkiz həftə ərzində ölkəyə daxil olan bütün ərzaq və dərmanlara tam çıxış imkanı vermələrinə çağırıram. Mən səudiyyəlilərdən tutmuş iordaniyalılara, misirlilərə qədər hamı ilə danışmışam. Onlar getməyə hazırdırlar. Bu ərzağı içəri keçirməyə hazırdırlar" deyib.

Ağ Ev keçən həftə Baydenin Netanyahu ilə telefon danışığında oxşar fikirlər səsləndirdiyini və Qəzzada humanitar vəziyyətin "qəbuledilməz" olduğunu vurğuladığını bildirib.

Birləşmiş Ştatlar həmçinin HƏMAS-a İsraillə Qəzzadakı döyüşləri altı həftəlik dayandıracaq atəşkəs razılaşmasını qəbul etməsi üçün təzyiq göstərir. Bu təklif həmçinin İsrailin həbsdə saxladığı yüzlərlə fələstinlini azad etməsi müqabilində ABŞ-ın terror qruplaşması kimi tanıdığı HƏMAS tərəfindən saxlanılan 100-ə yaxın girovdan bəzilərinin azad edilməsini nəzərdə tutur.

ABŞ dövlət katibi Antoni Blinken çərşənbə axşamı Vaşinqtonda jurnalistlərə deyib ki, bu, Qahirədə HƏMAS-a təqdim olunan "çox ciddi" təklifdir və "qəbul edilməlidir".

"Top HƏMAS-ın meydanındadır. Dünya onların nə etdiyini izləyir" Blinken bildirib.

HƏMAS-ın hələ də şərtlərlə razılaşmaması faktı ilə bağlı Blinken "bu, onların Qəzza xalqı haqqında hansı fikrə sahib olduğunu göstərir və bu, yüksək deyil" deyib.

HƏMAS çərşənbə axşamı bildirib ki, təklif onların tələblərinə cavab vermir, lakin onu nəzərdən keçirəcəklər.

Blinken deyib ki, HƏMAS "silahlarını yerə qoysa, mülki əhalinin arxasında gizlənməyi dayandırsa və təslim olsaydı" müharibə aylar əvvəl bitə bilərdi.

ABŞ-ın yüksək rütbəli diplomatı İsrailin cənubdakı Rəfah şəhərinə hücum həyata keçirdiyi təqdirdə "Bayden İsrailin mülki əhalini təhlükədən çıxarmaq qabiliyyətinə dair dərin narahatlığımızı çox açıq şəkildə ifadə etdi" deyib.

Blinken Rəfahda gözlənilməz bir addımın atılacağına və gələn həftə ABŞ və İsrail rəsmilərinin görüşündən əvvəl nəyinsə baş verəcəyinə inanmadığını bildirib.

ABŞ planlaşdırılan Rafah hücumuna qarşıdır. Ağ Ev rəsmilərinin dediyinə görə, israillilər hücum tarixini Vaşinqtona bildirməyiblər.

Forum

XS
SM
MD
LG