Accessibility links

Bayden İtaliyanın baş naziri Meloni ilə görüşüb, Qəzzaya havadan yardım elan edib


ABŞ Prezidenti Co Bayden və İtaliya Baş naziri Giorgia Meloni. Vaşinqton. 1 mart, 2024.
ABŞ Prezidenti Co Bayden və İtaliya Baş naziri Giorgia Meloni. Vaşinqton. 1 mart, 2024.

ABŞ Prezidenti Co Bayden cümə günü Ağ Evdə İtaliya Baş naziri Giorgia Melonini qəbul edib. Görüş Qəzzadakı müharibə və Ukraynaın Rusiyanın işğalına qarşı müdafiəsinə dəsrəti davam etdirməklə bağlı çətinliklər fonunda keçirilib.

“Biz Yaxın Şərqi və dünən Qəzzanın şimalında humanitar yardımın çatdırılıması zamanı baş verən faciəvi və narahatedici hadisəni müzakirə edəcəyik,” Bayden Meloni ilə görüşündən öncə müxbirlərə İsrail əsgərlərinin Qəzza şəhərində yardım karvanından ərzaq almağa çalışan fələstinlilərə atəş açaraq 100-dən çoxunun ölümünə səbəb olmasına istinadən deyib.

İsrailə nadir irad bildirən Bayden oradakı insan tələfatını “ürək parçalayan” adlandırıb.

“İnsanlar o qədər çarəsizdir ki – günahsız insanlar dəhşətli müharibəyə cəlb olunub, ailələrini dolanıra bilmirlər, və yardım almağa çalışarkən aldıqları cavabı gördünüz,” o deyib.

O, ABŞ-ın “daha çox şey edəcəyini” vəd edib və başqa ölkələrə qoşularaq havadan yardım paylayacağını elan edib.

Meloni Yaxın Şərqdəki “humanitar böhranı” “bir nömrəli prioriteti” adlandırıb.

Bayden daha çox yardım çatdırmaq üçün dəniz dəhlizinin yaradılması da daxil olmaqla, yardımın çatdırılmasının digər yollarını nəzərdən keçirdiyini söyləyib.

“Bu düşüncə hələ erkən mərhələdədir. Hələ görüləcək çox iş var,” Milli Təhlükəsizlik Kommunikasiyası üzrə müşavir Con Kirbi cümə günü Ağ Evdə yardımın Kipr vasitəsilə çatdırılması ehtimalı ilə bağlı brifinq zamanı Amerikanın Səsinə deyib. Bu fikir Avropa İttifaqı və Yaxın Şərqdəki tərəfdaşlarla işləyən Lefkoşa hökuməti tərəfindən irəli sürülüb.

Kirbi əlavə edib ki, havadan yardımın çatdırılması “qarşıdan gələn günlərdə” başlaya bilər. Qəzzalılar arasında aclıq təhlükəsi fonunda bir sıra ölkələr, o cümlədən İordaniya, Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Fransa bu həftə havadan yardım paylamağa başlayıb.

İtaliyanın G7-yə sədrliyi

Son yeddi ay ərzində ikinci üz-üzə görüşlərində həmçinin İtaliyanın G7 sədrliyinə də diqqət yetiriləcək ki, orada Meloninin Baydenin gündəliyi ilə uyğun gələn bir agenda ilə rəhbərlik edəcəyi gözlənilir ki, beynəlxalq sistemi və çoxtərəfliliyi müdafiə etməkdir. Hər iki lider üçün Ukraynaya dəstək bu səylərin əsasını təşkil edib və bir-birinə zidd ideologiyalarına baxmayaraq, onlar arasında bir neçə ortaq sahələrdən biri olub.

To achieve this agenda, Meloni said she wanted to challenge the narrative of "the West against the rest," and underscored that dialogue between the G7 and the Global South is essential in finding solutions for Ukraine.

Bu gündəmə nail olmaq üçün Meloni "Qərb başqalarına qarşı" narrativinə dəyişmək istədiyini söyləyib və G7 ilə Qlobal Cənub arasında dialoqun Ukrayna üçün həll yollarının tapılmasında vacib rol oynadığını vurğulayıb.

Meloni-nin ifrat sağçı İtaliya Qardaşları Partiyası 2022-ci ilin oktyabrında hakimiyyətə gəldiyi zaman Bayden və Qərb müttəfiqləri arasında olan ilkin narahatlıqlarına baxmayaraq, baş nazir ölkəsinin Ukrayna prezidenti Vladimir Zelenskinin müharibə səylərini dəstəkləməyə sadiqliyini sübut edib.

Meloni ötən həftə Kyivə səfər edib və Ukraynanın paytaxtında G7 liderlərinin İtaliyanın prezidentliyi altında ilk videokonfransına sədrlik edib. O, ilin sonunadək Kyivə hərbi və texniki yardım göstərilməsi haqqında razılıq imzalayıb.

Qəzzada atəşkəs

İki lider həmçinin İsraillə HƏMAS arasında atəşkəslə bağlı danışıqları müzakirə edib.

“Biz eskalasiyanın qarşısını almaq üçün hərəkətlərimizi əlaqələndirməliyik,” Meloni deyib. “Və bu baxımdan biz ABŞ-ın vasitəçilik səylərini tam dəstəkləyirik”.

Roma ABŞ-ın bir neçə başqa müttəfiqi ilə birlikdə dekabrda BMT Təhlükəsizlik Şurasının Qəzzada davamlı atəşkəsə çağıran qətnaməsi ilə bağlı səsvermədə bitərəf qalıb.

Ancaq yanvar ayında italiyalı qanunvericilər Aİ-dakı həmkarlarına qoşularaq, fələstinli militanr qrupunun ləğv edilməsi və onun saxladığı bütün girovların azad edilməsi şərti ilə daimi atəşkəsə çağıran məcburi olmayan, simvolik qətnamə qəbul ediblər.

Forum

XS
SM
MD
LG