Accessibility links

Bayden və NATO Ukraynada müharibəni dayandırmaq üçün əlavə tədbirləri açıqlayıb


Bayden və NATO Ukraynada müharibəni dayandırmaq üçün əlavə tədbirləri açıqlayıb
please wait

No media source currently available

0:00 0:03:31 0:00

Prezident Co Baydenin NATO, Avropa və Böyük Yeddilərin liderləri ilə Ukraynaya hərbi, iqtisadi və humanitar yardım yolu ilə Rusiyanın hərbi müdaxiləsini dayandırmağa yönəlmiş əlavə tədbirləri elan etməsi təkcə diplomatiyada deyil, həm də tarixdə mühüm bir gün oldu.

Prezident Co Bayden Rusiyanın Ukraynaya minlərlə mülki vətəndaşın ölümü və milyonlarla qaçqının ölkəni tərk etməsilə müşayiət olunan hərbi müdaxiləsinin bir ayı tamam olduğu vaxt İkinci Dünya Müharibəsindən sonra qlobal təhlükəsizliyə ən böyük hədə adlandırdığı məsələni həll etmək üçün NATO, Böyük Yeddilər və Avropa İttifaqının liderləri ilə görüşüb.

Onun bildirdiyinə görə, NATO-nun 30 ölkəsi Rusiya prezidenti Vladimir Putinin komandanlığı altında qüvvələrin Ukraynaya hücumu qarşısında qətiyyətlidir və birdir.

“Bizim üçün ən vacib şey bir olaraq qalmaqdır. Dünya bu adamın nə qədər qəddar olduğuna, günahsız insanların itirilmiş və məhv edilmiş həyatlarına və baş verənlərə diqqət yetirir. Bu, çox vacibdir. Əgər siz Putinsinizsə Avropanın bir aya, ya altı həftəyə, ya da iki aya süqut edəcəyini düşünürsünüz. Lakin biz nümayiş etdirməliyik ki, mənim görüşü istəməyim səbəbi bu idi ki, biz tamamilə, bütünlüklə, hərtərəfli şəkildə bir olaraq qalmalıyıq”, ABŞ prezidenti Co Bayden bildirib.

O həmçinin deiyb ki, əgər Rusiya kimyəvi silahdan istifadə etsə, “Biz cavab verərdik. İstifadə etsə cavab verərdik. Cavabın xarakteri istifadənin xarakterindən asılı olacaq”.

Bayden həmçinin Ukraynaya 1,3 milyard dollar məbləğində əlavə yardım elan edib və ABŞ-ın 100 min ukraynalı qaçqına qapılarını açacağını və Rusiya elitasının daha çox üzvünə, 40-dan çox Rusiya müdafiə şirkətinə və Rusiyanın 300 qanunvericisinə sanksiya tətbiq edildiyini bildirib.

Ukrayna prezidenti NATO-nun iclasında virtual olaraq iştirak edib və 30 liderə müraciətində sərt mövqe tutub. Bununla belə, ABŞ rəsmiləri onun uçuşa qadağa zonası və ya NATO-ya üzvlük məsələsi ilə bağlı əvvəlki tələbini təkrar etmədiyini dərhal qeyd ediblər. Zelenski cümə axşamı konkret tələblər irəli sürüb.

“Sizin ən azı 20 min tankınız var. Ukrayna bütün tanklarınızın 1 faizini istəyib. Bunları ya bizə verin və ya satın. Amma hələ ki, dəqiq cavab verilməyib. Müharibədə ən pis şey kömək haqda müraciətlərə aydın cavabların olmamasıdır” Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiyanın Ukraynada bu cür silahlardan istifadə edə biləcəyi ilə bağlı narahatlıqlar artdıqca, hərbi alyans kimyəvi və nüvə silahlarına qarşı müdafiəsini gücləndirir.

O həmçinin Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyada Şərqi Avropa liderlərinin bildirdiyi kimi təcili ehtiyac duyulan dörd yeni döyüş qrupunun yaradıldığını elan edib.

“Düşünürəm ki, biz səylərimizi ikiqat artırmalıyıq. Putin bu müharibədə qalib gələ bilməz. Bu, bizim hamımız, o cümlədən NATO-nun təhlükəsizliyi üçün çox vacibdir. Müzakirə etməli olduğumuz ikinci məsələ isə müdafiə xərclərimizi necə artıracağımız və bunu ağıllı şəkildə necə edəcəyimizdir. Beləliklə, biz şərq cinahını və xüsusən də Baltikyanı ölkələri gücləndirəcəyik, çünki bu plan təkcə bir ölkəni müdafiə edə bilmək üçün olmamalıdır”, Estoniyanın baş naziri Kaya Kallas bildirib.

Bayden cümə günü Polşaya səfər edərək, Polşa prezidenti ilə görüşür. O, kiminlə görüş keçirəcəyi və ya haraya getdiyini bildirməsə də “çox sayda insanla” görüşəcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG