Accessibility links

Prezident Bayden və birinci xanım Cill Baydenin Novruz mesajı


ABŞ Prezidenti Co Bayden və birinci xanım Cill Bayden Novruz bayramı münasibətilə təbrik bəyanatı açıqlayıblar.

“Cill və mən bu gün ABŞ-da və dünyada, o cümlədən İranda və Yaxın Şərqdə, Mərkəzi və Cənubi Asiyada, Qafqazda və Avropada Novruz bayramını qeyd edən hər kəsə ən xoş arzularımızı çatdırırıq”, deyə Ağ Evin açıqladığı bəyanatda bildirilir.

“Novruz sevdiklərimizə təşəkkür etmək, xeyir-dua vermək, yemək və hədiyyələrimizi bölüşmək, ötən il haqqında düşünmək, yazın gəlişini və yeni mövsümün imkanlarını qarşılamaq üçün ailə və dostları süfrə ətrafında toplayır. Yeni başlanğıcların bu ruhu və Novruz sevinci bizim Ağ Evdə Həft-Sin süfrəmizdə öz əksini taparaq, yeni il üçün ümidlərimizi ifadə edir”, Prezident Baydenin bəyanatında deyilir.

“Bu, Amerikada hər gün müstəsna töhfələr verən və ölkəmizi gücləndirən çoxsaylı diaspor icmalarımızın parlaq mədəniyyətlərinin və dostluqlarının tanınması və qeyd edilməsidir”, ABŞ Prezidenti Co Bayden və birinci xanım Cill Baydenin Novruz bayramı münasibətilə təbrik mesajında qeyd edilir.

XS
SM
MD
LG