Accessibility links

200-dən çox ABŞ rəsmisi Baydeni qaçqınlarla bağlı öhdəliyi yerinə yetirməyə çağırıb


ABŞ-ın 40 ştatı və bir bölgəsindən 200-dən çox rəsmisi və yerli məmuru ABŞ prezidenti Co Baydenə beynəlxalq qaçqınların Birləşmiş Ştatlarda yerləşdirilməsi ilə bağlı məqsədləri reallaşdırmağa çağıran məktub imzalayıb.

Məktub qlobal Qaçqınlar Beynəlxalq Qrupu ilə birlikdə işləyən qeyri-gəlir humanitar Refugee Advocacy Lab qrupu tərəfindən hazırlanıb. Qrup məktubunda qeyd edib ki, Ukrayna, Əfqanıstan və digər ölkələrdəki böhranlar “tarixi miqyasda” qlobal miqrasiya böhranına səbəb olub və bu vəziyyət "güclü liderlik, innovativ həllər tələb edir".

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Agentliyinin hesablamalarına görə, dünya üzrə rekord həddə çatan 100 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Onların 27,1 milyonu qaçqın kimi qeydiyyatdadır. Həmin qaçqınların yarıdan çoxu uşaqdır.

Məktubda Prezident Bayden və onun administrasiyasının 2022-ci maliyyə ili üçün ABŞ-a qaçqın qəbulunu 125 minə çatdırmaq məqsədinə dair öhdəliyi alqışlanıb. Onlar qeyd edirlər ki, 2021-ci ildə ölkədə 11,411 qaçqın məskunlaşıb və bu, əvvəlki illərlə müqayisədə ən aşağı göstəricidir.

Lakin məktubu imzalayanlar 2022-ci ilin yarısında ABŞ-a Bayden administrasiyasının hədəfindən 20 faizindən az qaçqın qəbul olunduğunu qeyd edib.

Onlar ABŞ-ın əfqanların təxliyəsi zamanı köçürülmə ilə bağlı ABŞ-ın son “müvəqqəti yollar” təklifini tənqid edib. Məktubda deyilib ki, “qaçqınlara təhlükəsizliyə aparan mühüm və daimi yol təklif edilməlidir”.

Məktubda 1980-ci ildə ABŞ-da qaçqın proqramı qurulandan bəri Birləşmiş Ştatlar son illərə qədər hər il dünyada ən çox qaçqın qəbul edən ölkə olub.

XS
SM
MD
LG