Ukrayna Prezidenti çərşənbə günü Vaşinqtonda ABŞ Konqresinin üzvləri və Prezident Co Baydenlər görüşlərində birbaşa olaraq Birləşmiş Ştatkarın ölkəsinin Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizəsinə dəstək istəməyə imkanı olacaq.
Zelenski deyib ki, bu görüşlərdən “bizim bu ilki uğurlarımıza əsaslanaraq gələn il hansı nəticələrə nail ola biləcəyimizdən danışmaq” üçün istifadə edəcək.
Bazar ertəsi Vaşinqtonda Milli Müdafiə Universitetində çıxış edən Zelenski Ukrayna ordusunun hava hücumundan müdafiəsini genişləndirmək üçün raketlər və dronlar istəyib və deyib ki, Ukraynanın “səmada qazanmağa” ehticayı var.
“Siyasətçilərin əsgərlərə xəyanət etməyə belə cəhd etməməsi çox vacibdir, çünki onların müdafiəsi üçün silaha ehtiyac olduğu kimi, azadlıq həmişə birlik tələb edir,” Zelenski deyir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının spzçüsü Con Kirbi müxbirlərə deyib ki, Bayden Zelenskidən Ukraynada döyüş meydanındakı vəziyyətlə bağlı məlumatları alacaq və
“Prezident Zelenski və Ukrayna xalqına açıq şəkildə çatdıracaq ki, biz, xüsusilə də bu çox çətin zamanda onları dəstəkləməyə davam edəcəyik.”
Kirbi deyib ki, o Baydenin “Ukrayna və İsrailə əlavə maddi yardımın niyə bu vaxtda bizim öz milli təhlükəsizlik maraqlarımız üçün vacib olduğunu” açıqlayacağını gözləyir.
Bayden Ukrayna və İsraili müharibə zamanı maliyyələşdirmək, habelə başqa milli təhlükəsizlik prioritetlər üçün Konqresdən 110 milyard dollarlıq paketi təsdiqləməsini tələb edib.
Ancaq ABŞ Senatındakı Respublikaçılar bu qanun layihəsini rədd edib və bildirib ki, ABŞ-ın sərhəd təhlükəsizliyi ilə bağlı böyük dəyişiklər edilməlidir.
Bəzi Respublikaçılar ölkəyə qanunsuz daxil olan miqrantların dərhal deportasiyasını tələb edir ki, bu da onların ABŞ-da sığınacaq axtarmaq şanslarını ləğv edir.
Onlar həmçinin Bayden administrasiyasının yüz minlərlə miqranta ABŞ-a qanuni şəkildə daxil olmağa imkan verən proqramlarının miqyasını azaltmaq istəyir.
ABŞ Ukraynaya Rusiyanın 2022-ci ildə başlayan hərb müdaxiləsinə qarşı mübarizəsi üçün artıq 111 milyard dollar pul verib.
Zelenski bazar ertəsi çıxışında Rusiyanı Ukraynada məğlub etməyin vacibliyindən danışıb, çünki o deyib ki, əgər Rusiya Ukraynada qalib gəlsə, Rusiya Prezidenti Vladimir Putin durmayacaq.
“Hazırdan onun [Putinin] sizə qarşı silahı propaqanda və dezinformasiyadır. Amma əgər o bir imkan görsə, irəli gedəcək,” o deyib. “İndi o, Rusiya iqtiadiyyatı və cəmiyyətini ‘müharibə yoluna’ çevirir.”
Ukrayna Prezidenti deyib ki Ukrayna qüvvələri, hələ ki, Rusiyaya itirdikləri ərazilərin 50 faizini geri alıb. O həmçinin ukraynalı “döyüşçülərin”, döyüş meydanındakı mətanətini vurğulayıb.
Forum