Accessibility links

Bayden hökuməti çip istehsal edən Intel şirkətinə 8,5 milyard dollar sərmayə qoyur


Prezident Co Bayden, Intel şirkətinin CEO-su Pat Gelsinger (sol) və Intel zavodunun meneceri Hyu Qrin. Çandler, Arizona. 20 mart, 2024.
Prezident Co Bayden, Intel şirkətinin CEO-su Pat Gelsinger (sol) və Intel zavodunun meneceri Hyu Qrin. Çandler, Arizona. 20 mart, 2024.

Prezident Co Bayden şənbə günü Intel-i ölkə boyu kompyuter çipi zavodları üçün 8.5 milyard dollar birbaşa maliyyə və 11 milyard dollar kreditlə təmin edən razılığı alışlayıb və Arizona şatatındakı çıxışında bu sərmayəni “gələcəyi Amerikaya geri gətirmək” yolu adlandırıb.

Bayden administrasiyası proqnozlaşdırır ki, nağd pul yardımı ABŞ-a qabaqcıl çip istehsalındakı qlobal payını sıfırdan 20 faizə yüksəltməyə kömək edə bilər. Demokrat prezident bu sərmayeni Intel-in Arizona ştatının Çandler şəhərindəki Ocotillo kampusunu ziyarət edərkən açıqlayıb. Orada o, silikon vafliləri yoxlayıb və çiplərin nə qədər nazik olduğuna dair heyrətini ifadə edib.

Bayden ziyarətdən sonrakı qeydlərində siyasətinin ABŞ iqtisadiyyatına təsirindən bəhs edib. O, siyasi uğurlarını noyabrda keçiriləcək seçkidən öncə siyasi təkana çevirməyə çalışır. Intel Arizona, Ohayo, Oreqon və Nyu Meksikodakı təsislərinə sərmayə qoymağı planlaşdırır və hökumətin yardımı işçi qüvvəsinin inkişafına dəstək verəcək.

“Bu təkcə Amerikaya sərmayə qoymaq deyil. Bu həm də Amerika xalqına sərmayə qoymaqdır,” Bayden deyib.

Ticarət naziri Gina Raimondo deyib ki, onun nazirliyi vasitəsilə əldə olunan razılıq Birləşmiş Ştatları 2030-cu ilə qədər dünyanın ən qabaqcıl çiplərinin 20%-ni istehsal edəcək vəziyyətə gətirəcək ki, hazırda bu rəqəm sıfırdır. Birləşmiş Ştatlar qabaqcıl çipləri tərtib edir, amma onları ölkə daxilində istehsal edə bilməməsi milli təhlükəsizlik və iqtisadi risk kimi ortaya çıxıb.

“Uğursuzluq variant deyil – aparıcı çiplər bizim innovasiya sistemimizin əsasını təşkil edir, xüsusilə də süni intellekt və hərbi sistemlərimiz üçün,” Raimondo müxbirlərlə telefon danışığında deyib. “Biz çipləri təkcə dizayn edə bilmərik. Biz onları Amerikada istehsal etməliyik.”

Maliyyə yardımı ilə bağlı açıqlama 2024-cü il prezident seçkisi kampaniyası zamanına təsadüf edir. Bayden seçicilərə deyir ki, onun yürütdüyü siyasət ABŞ-da istehsalın canlanmasına və iş yerlərinin artmasına səbəb olub. Onun mesajı Ağ Evdə ikən tarifləri artıran və ABŞ-dakı fabrik işlərini Çindən qorumaq vədi ilə bunu yenidən etmək istəyən sabiq Prezident və Respublikaçıların gözlənilən namizədi Donald Trampa birbaşa meydan oxumaqdır.

The Associated Press-NORC İctimai İşlər Mərkəzinin fevral ayında keçirdiyi rəy soğrularının nəticələrinə əsasən, ABŞ-da yetkinlər Baydenin iqtisadi liderliyi ilə bağlı zəif baxışa malikdirlər və onların yalnız 34 faizni onun iqtisadi siyasətini təsdiqləyir. 2022-ci ildə son qırx ildə ən yüksək səviyyəyə çatan inflyasiyanın davamlı təsiri Demokrat Prezidentə ziyan vurub. Belə ki, 2021-ci ilin iyulunda yetkinlərin 52 faizi onun iqtisadi siyasətini təsdiqləyirdi.

Forum

XS
SM
MD
LG