Accessibility links

Bayden və Tramp ABŞ-Meksika sərhədinə ayrı-ayrılıqda səfərlər edir


ABŞ prezidenti Co Bayden və keçmiş prezident Donald Tramp cümə axşamı ABŞ-Meksika sərhədinə səfərlər edir və belə görünür sərhəd təhlükəsizliyi noyabr ayında keçiriləcək prezident seçkilərində kampaniyanın əsas məsələsi ola bilər.

Bayden Texas ştatında ABŞ-a qanunsuz keçidlərin son illərdə kəskin şəkildə azaldığı bir bölgədə yerləşən Brounsvill şəhərinə səfər edir.

Ağ Ev Baydenin çıxış edəcəyi və sərhəddə vəziyyət ilə bağlı ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri, ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidməti tərəfindən məlumatlandırılacağını bildirib.

Prezidentliyi dövründə ABŞ-Meksika sərhədində geniş divar inşa etməyə çalışan Tramp cümə axşamı son aylar qeyri-qanuni keçidlərin ən sıx olduğu sektorun bir hissəsi olan Texas ştatının İql Pass şəhərinə gedir.

Bayden administrasiyasının Ukrayna və İsrail üçün yeni maliyyə vəsaiti təmin edəcək paketi irəli sürdüyü vaxt sərhəd təhlükəsizliyi Vaşinqtonda qanunvericilərin müzakirələrinin mərkəzində olub. Əsasən də Nümayəndələr Palatasında olmaqla, Respublikaçılar qanun layihəsinə sərhəd təhlükəsizliyi tədbirlərinin daxil edilməsini istəyib.

Tramp Senatda hər iki partiya tərəfindən Ukraynaya yardımla yanaşı, bir sıra sərhəd təhlükəsizliyi müddəalarını əks etdirən təklifə etiraz edib və bu addım Senatda məğlubiyyətlə nəticələnib. Nümayəndələr Palatasındakı Respublikaçıları o vaxtdan bəri təhlükəsizlik yardımı ilə bağlı hər hansı tədbir görməzdən əvvəl sərhəd probleminin ayrıca həll edilməsində təkid edirlər.

Forum

XS
SM
MD
LG