Accessibility links

Bayden Ukraynaya $225 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb


Prezident Co Bayden cümə axşamı NATO-nun Vaşinqtonda keçirilən sammitində Ukraynaya çox əhəmiyyətli yeni hərbi yardım paketini açıqlayıb.

$225 milyon dollarlıq paketlə bağlı açıqlamanı prezident Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə verib.

Prezidentin "İxtisasartırma Səlahiyyəti" paketi Ukraynaya Rusiya qüvvələrini dəf etmək üçün yardım imkanlarını əhatə edəcək. Paketə daxil edilən sursatlar arasında "Patriot" raket batareyası, Yer-Hava Raket Sistemləri (NASAMS) üçün sursatlar, "Stinger" zenit raketləri, Yüksək Mobil Artilleriya Raket Sistemləri (HIMARS) üçün sursat, eləcə də 155 millimetrlik və 105 millimetrlik artilleriya mərmiləri var.

Zelenski prezidentə təşəkkür edib və ABŞ-ın silahlarından istifadəyə qoyduğu məhdudiyyətlərə istinad edərək "ukraynalı əsgərlərimizə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün sürətli addımlara" ehtiyacı var deyib.

Çərşənbə günü Zelenski Ukrayna rəsmilərinin Rusiyanın təcavüzünə qarşı daha yaxşı müdafiə olunmaq və Rusiya hədəflərinə zərbələr endirmək üçün qüvvələrinə Qərb tərəfindən təchiz edilmiş silahlardan istifadədə sərbəstlik veriləcəyinə dair nikbinliyini ifadə edib.

Zelenski Konqres liderləri ilə görüşmək üçün Vaşinqtondakı Kapitolini ziyarət edərkən, Amerikanın Səsinin Ukrayna xidməti ondan Ukrayna ordusuna qoyulan bütün məhdudiyyətlərin götürülüb-götürülməyəcəyi barədə soruşanda o, "biz buna ümid edirik" deyib.

Onun NATO sammiti çərçivəsində danışıqları Nümayəndələr Palatasının spikeri Mayk Conson və Nümayəndələr Palatasındakı azlıqların lideri Hakim Ceffrislə görüşləri əhatə edib.

"Mən izah etdim ki, Konqresin istəyi onlara mübarizə üçün göndərilən silah və yardımdan özləri düşündükləri kimi istifadə etmələridir. Mən inanıram ki, Konqresin istədiyi budur," Conson Amerikanın Səsinin Ukrayna xidmətinə bildirib.

Ceffris Zelenski ilə danışıqların “çox müsbət” keçdiyini deyib.

"Biz Rusiyanın aqressiyasına qarşı mübarizədə cəsarətli və qəhrəman Ukrayna xalqının yanında olduğumuzu açıq şəkildə bildirdik," o, Amerikanın Səsinin Ukrayna xidmətinə deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG