Accessibility links

Bayden: "Armageddon" riski 1962-ci ildən bəri ən yüksək səviyyədədir


Rusiyanın Ukraynadakı itkiləri Rusiya rəsmilərini taktiki nüvə silahlarından mümkün istifadəni müzakirə etməyə gətirib çıxardığı bir vaxt, Prezident Co Bayden cümə axşamı gecə "Armageddon" (Qiyamət savaşı)riskinin 1960-cı illərin əvvəlindən bəri ən yüksək səviyyədə olduğunu deyib.

"Biz Kennedi və Kuba raket böhranından bəri "Armageddon" ehitmalı ilə üzləşməmişik" - deyə, Bayden Nyu Yorkda Senatın Demokratik Kampaniya Komitəsi üçün ianə toplama mərasimində bildirib.

1962-ci ilin oktyabrında ABŞ-ın Türkiyə və İtaliyada ballistik raketlər yerləşdirməsinə cavab olaraq, Sovet İttifaqının Kubada oxşar raketlər yerləşdirməsindən sonra ABŞ və Sovet İttifaqı, demək olar ki, nüvə münaqişəsinin astanasında idi.

Prezident deyib ki, Rusiya Prezidenti Vladimir Putin "mənim yaxşı tanıdığım bir adam"dır və o nüvə, bioloji və ya kimyəvi silah"dan danışarkən zarafat etmir.

"Məncə taktiki nüvə silahından asanlıqla istifadə etmənin Armageddonla nəticələnməməsinə imkan yoxdur" Bayden deyib.

Demokrat donorlar qarşısında danışan Bayden deyib ki, o və ABŞ rəsmiləri hələ də "Putinin Ukraynadanın çıxışının necə olacağını müəyyən etməyə çalışırlar."

"O, çıxış yolunu necə tapacaq? Onun nəinki simasını itirməsiyi, həm də Rusiyada nüfuzunu itirmədiyi vəziyyət nədir?"

Prezident ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyini bir daha vurğulayıb.

Britaniyanın Müdafiə Nazirliyinin cümə günü Twitter səhifəsində yayımlanan kəşfiyyat məlumatında "Ələ keçirilən yeni təyinatlı Rusiya texnikası Ukraynanın hərbi texnikasının böyük bir hissəsini təşkil edir. Ukrayna, çox ehtimal ki, Rusiyanın işğalından sonra azı onun 440 döyüş tankını və 650-yə yaxın digər zirehli texnikasını ələ keçirib. Hazırda Ukraynanın tank donanmasının yarıdan çoxu ələ keçirilən hərbi texnikadan ibarətdir" deyə, bildirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı gündəlik müraciətində deyib ki, "Oktyabrın əvvəlindən təkcə Xerson vilayətində yarım min kvadrat kilometrdən çox ərazi rus işğalçılarından azad edilib".

Ukrayna rəsmisinin cümə axşamı bildirdiyinə görə, Rusiyanın Zaporijyedə yaşayış binalarını atəşə tutması nəticəsində azı iki nəfər həlak olub.

Zaporijye vilayətinin qubernatoru Oleksandr Starux Telegram kanalında yazıb ki, hücum zamanı daha 5 nəfər dağıntılar altında qalıb.

Şəhərə Ukrayna nəzarət etsə də, Zaporijye vilayətinin böyük hissəsi Rusiyanın işğalı altındadır.

Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü Rusiyanın Zaporijye və daha üç vilayətini ilhaq etdiyinə dair qanunu imzalayıb. Ukrayna və onun Qərb tərəfdaşları, eləcə də Birləşmiş Millətlər Təşkilatı bu addımı beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

XS
SM
MD
LG