Accessibility links

Bayden: ABŞ Ukraynanı çoxsaylı raket sistemləri ilə təmin edəcək


Çərşənbə günü prezident Co Bayden Ukraynaya əhəmiyyətli yeni təhlükəsizlik yardımı paketini açıqlayıb.

"Ukrayna xalqı öz ölkəsini və demokratiyanı Rusiya təcavüzündən qorumaq üçün cəsarətlə mübarizə apararkən dünyanı cəsarəti və qətiyyəti ilə ruhlandırmaqda davam edir. ABŞ ukraynalı tərəfdaşlarımızın yanında olacaq və Ukraynanı özünümüdafiə üçün silah və texnika ilə təmin etməyə davam edəcək" - deyə, Prezidentin bəyanatında deyilir.

Yeni təhlükəsizlik yardım paketi "Ukrayna ordusuna vaxtında və kritik yardım göstərmək" üçün nəzərdə tutulub.

"ABŞ Konqresinin böyük ikitərəfli dəstəyi ilə qəbul edilən Ukrayna üçün əlavə maliyyə vəsaiti ilə Birləşmiş Ştatlar Rusiyanın hücumlarını dəf etmək üçün Ukraynanı daha çox silahla təmin etməyə davam edə biləcək. Bu yeni paket onları ərazilərini Rusiya irəliləyişindən qorumaq üçün yeni imkanlar və müasir silahlarla, o cümlədən sursatlarla birgə HIMARS-la təchiz edəcək. Biz Ukraynanın azadlıq mübarizəsini dəstəkləmək üçün tarixi yardım göstərməkdə dünyaya liderlik etməyə davam edəcəyik" – deyə, Bayden qeyd edib.

Dövlət katibi Antoni Blinken çərşənbə günü verdiyi açıqlamada bildirib ki, ABŞ Ukraynaya 700 milyon dollar dəyərində hərbi texnika və avadanlıq göndərir. Bu, fevralın 24-dən bəri 11-ci hərbi yardım paketidir.

Bu paketlə birlikdə fevralın 24-dən etibarən ABŞ-ın Ukraynaya ümumi hərbi yardımı təxminən 4,6 milyard dollar təşkil edəcək.

Bu yardım Konqresin Ukraynaya dəstək üçün ayırdığı 40 milyardın bir hissəsi kimi maliyyələşdirilir.

ABŞ-ın hərbi yardımı Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək mövqeyini gücləndirəcək, döyüş meydanında qələbələri təmin edəcək və son nəticədə Ukraynanın danışıqlar masası arxasında mövqeyini möhkəmləndirəcək.

Blinkenin bəyanatında vurğulanır ki, "Ukraynaya səbəbsiz və qəddar işğalının başlanmasından keçən üç ay ərzində Rusiya strateji məqsədlərinə nail ola bilməyib.

XS
SM
MD
LG