Accessibility links

Bayden Polşaya səfər edib


ABŞ Prezident Co Bayden Avropa Komissiyasının sədri Ursula Von Der Leyenlə Brüsseldə görüşdükdən sonra cümə günü Polşaya gedib.

Bayden və Von Der Leyen Avropanın Rusiya qaz yanacaqlarından asılılığını azaltmaq üçün birgə işçi qrupunun yaradılmasını elan edib.

Bayden deyib ki, Rusiya prezidenti Vladimir Putin enerji satışından əldə etdiyi gəliri Ukraynada “müharibə maşınının idarə edilməsi üçün” istifadə edib. Bayden "Amerika xalqı Putinin Ukrayna xalqına qarşı qəddar, əsassız müharibəsini maliyyələşdirməsinin bir hissəsi olmayacağını aydınlaşdırmaq istəyir" deyib.

"Biz Rusiyanın amansız müharibəsinə qarşı durmaqda qərarlıyıq. Bu müharibə Putin üçün strateji uğursuzluq olacaq” - deyə, Von Der Leyen bildirib.

ABŞ bu il Avropaya 15 milyard kubmetr maye təbii qaz verəcək.

Bayden Polşanın şərqinə, Ukrayna ilə sərhədə yaxın Rzeşov şəhərinə gedəcək. NATO müttəfiqi olan Polşa milyonlarla ukraynalı qaçqını qəbul edib.

Cümə axşamı Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossi deyib ki, Ukrayna agentliyə Rusiya qüvvələrinin Çernobıl Atom Elektrik Stansiyasında işləyən çox sayda insanın yaşadığı Slavutiç şəhərindəki Ukrayna nəzarət-buraxılış məntəqələrini atəşə tutduğunu bildirib. Bu, onları risk qarşısında qoyur və işçi heyətinin rotasiyasına mane olur.

Cümə axşamı Bayden Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edəcəyi təqdirdə qərbin buna hərbi cavabının olacağını deyib.

Mətbuat konfransı zamanı müxbirin sualını cavablandırarkən Bayden "Bu, eyni şəkildə cavab verməyə səbəb olacaq. NATO-nun (Rusiya qüvvələri ilə qarşılaşmaq üçün Ukraynaya) keçib-keçməyəcəyini soruşursunuzsa, biz bu qərarı o zaman verəcəyik" deyib.

O, həmçinin NATO-nun baş qərargahında Rusiyanın Böyük 20-lərin (G-20) iqtisadiyyat qrupundan çıxarılmalı və Ukraynaya qrupun iclaslarında iştirakına icazə verilməli olduğunu bildirib.

XS
SM
MD
LG