Accessibility links

Bayden Suriyadakı ölümcül zərbələrdən sonra İrana xəbərdarlıq edib


ABŞ Prezidenti Co Bayden Kanada paytaxtı Ottavada Kanada Baş naziri Castin Trudo ilə mətbuat konfransında çıxış edir., 24 mart, 2023.
ABŞ Prezidenti Co Bayden Kanada paytaxtı Ottavada Kanada Baş naziri Castin Trudo ilə mətbuat konfransında çıxış edir., 24 mart, 2023.

Müharibə müşahidə qrupu ABŞ-ın Suriyada İranın dəstəyi ilə edildiyi güman edilən hücuma cavab olaraq endiridiyi zərbələr nəticəsində ölənlərin sayının artdığını bildirir.

Britaniyada qərargahlanan Suriyada müharibəni müşahidə edən Suriya İnsan Hüquqları Müşahidə qrupu şənbə günü deyib ki, ABŞ-ın hücumu nəticəsində 19 nəfər ölüb. Qrup daha öncə 14 nəfərin öldüyünü bildirmişdi.

ABŞ ordusu İranın dəstəyi ilə edildiyi güman edilən hücüma cavab olaraq Suriyanın şərqində havadan zərbələr endirdiyini bildirəndən sonra ABŞ Prezidenti Co Bayden deyib ki, Birləşmiş Ştatlar amerikalıları müdafiə etmək üçün “güclü şəkildə” cavab verəcək.

Cümə günü Kanadaya dövlət səviyyəsində səfəri zamanı çıxış edən Bahden deyib ki, Birləşmiş Ştatlar “İranla münaqişə istəmir, ancaq insanlarımızı qorumaq üçün güclə hərəkət etməyə hazırdır.”

“Dünən gecə də məhz belə oldu,” o əıavə edib.

ABŞ ordusu cümə axşamı gecə ABŞ podratçısının ölümünə səbəb olan dron hücumina cavab olaraq Suriyada hədəflərə qarşı bir sıra “dəqiq” hava zərbələri endirib.

Müdafiə Nazirliyinim sözçüse Briqadir generalı Patril Rayder cümə günü Pentaqonda müxbirlərə deyib ki, əməliyyayın məqsədi “bizim personalımızın müdafiəsinə ciddi yanaşdığımızı və onlara təhlükə olduğu halda sürətli və qətiyyətli şəkildə cavab verəcəyimizə dair mesaj göndərməkdir.”

O, zərbələri “tələfatları azaltmaq üçün eskaıasiya riskini məhdudlaşdırmaq məqsədi daşıyan mütənasib və düşünülmüş bir tədbir” kimi qiymətləndirib.

Cümə günü ABŞ rəsmiləri Suriyanın şimalında ABŞ qoşunlarının yerləşdiyi Yaşıl Kəndə çox sayda dron buraxılıb. Rəsmilər həmin hücumlar zamanı xəsarət alanın olmadığını bildirib. ABŞ-ın müdafiə naziri açıqlamasına hücumları İranın İslam İnqilab Keşikçiləri Korpusu ilə əlaqəsi olan qruplar tərəfindən istifadə olunan təsislərə qarşı edildiyini bildirib.

"Hava hücumları bugünkü hücuma, eləcə də İran İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli qruplar tərəfindən Suriyadakı koalisiya qüvvələrinə qarşı son hücumlara cavab olaraq həyata keçirilib" - deyə, Austin bildirib.

"Heç bir qrup bizim qüvvələrimizi vurub, cəzasız qalmayacaq" , o əlavə edib.

Pentaqonun dediyinə görə, pilotsuz təyyarə yerli vaxtla gecə saat 13:38-də Suriyanın Əl-Həsəkə şəhərindəki bazada texniki xidmət obyektinə zərbə endirib.

Hücum zamanı beş ABŞ hərbçisi də daxil olmaqla daha altı amerikalı yaralanıb. ABŞ ordusunun bəyanatına görə, yaralı hərbçilərdən ikisinə yerində tibbi yardım göstərilib, digər üç nəfər və amerikalı podratçı isə İraqdakı koalisiya tibb müəssisələrinə təxliyə edilib.

ABŞ-ın Suriya kürd qüvvələrinə İslam Dövləti terror qruplaşmasının yenidən canlanmasının qarşısını almağa yardım etmək üçün Suriyanın şərqində 900-ə yaxın əsgəri var.

Birləşmiş Qərargah Rəislərinin sədri, ABŞ-ın yüksək səviyyəli hərbi zabiti və ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyatlarına nəzarət edən ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Mark Milli cümə axşamı ayrı-ayrı dinləmələrdə qanunvericilərə xəbərdarlıq edib ki, İran Yaxın Şərqdə terrorçu qruplara və vəkil qüvvələrə dəstək verərək sabitliyi pozmağa davam edir.

CENTCOM komandiri general Erik Kurillanın sözlərinə görə, İranın etibarlı şəxsləri 2021-ci ilin yanvar ayından bəri İraq və Suriyadakı ABŞ əsgərlərinə pilotsuz uçuş aparatları və raketlərdən istifadə etməklə 78 dəfə hücum edib.

"Bu, bizim qoşunlarımıza və tərəfdaş qüvvələrimizə qarşı silsilə hücumlardan biri idi", Kurilla cümə axşamı bildirib.

"Biz xalqımızı müdafiə etmək üçün hər zaman bütün lazımi tədbirləri görəcəyik və seçdiyimiz vaxtda və məkanda cavab verəcəyik. Biz İranın hər hansı əlavə hücumları qarşısında dəyişə bilən variantlara hazırıq”, o əlavə edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG