Accessibility links

Zəmanəmizin filantropisti: Bill Geyts


Amerikalı Bill Geyts dünyada Microsoft-un təməlini qoyan və bu şirkətin sabiq rəhbəri kimi tanınır. Hazırda o, Bill və Melinda Geyts Fonduna həmsədrlik edir. Bu özəl fond imkansızlara və ağır xəstələrə yardım göstərir.

Bill və Melinda Geyts malyariya üzrə 300 alimi bir araya gətirərək qlobal epidemiyaya qarşı mübarizə yollarını arayır. 17 oktyabr, 2007. Sietl.
Bill və Melinda Geyts malyariya üzrə 300 alimi bir araya gətirərək qlobal epidemiyaya qarşı mübarizə yollarını arayır. 17 oktyabr, 2007. Sietl.
Bill Geyts bu yaxınlarda çıxışı zamanı xeyriyyəçiliyin digər insanlara vaxt və maliyyə yardımından ibarət olduğunu deyib. O, hesab edir ki, xeyriyyəçilikdə müsbət nəticələr əldə edilməsi üçün yeni ideyalara, innovasiyaya ehtiyac var.

Vaşinqtondakı Amerika Sahibkarlıq İnstitutunda söylədiyi nitq zamanı cənab Geyts deyib ki, onun xeyriyyə təşkilatı diqqətini hökumətin effektiv həyata keçirə bilmədiyi sahələrə yönəldir. Cənab Geyts xeyriyyəçiliyin Amerika üçün mühüm olduğunu vurğulayıb. Sabiq Microsoft rəhbəri buna misal olaraq universitet sistemini gətirərək, universitetlərin yüksək səviyyəli mütəxəssislər hazırladığını və həmin mütəxəssislərin sonradan universitetlərə maliyyə yardımı etdiyini deyib.

Sosial proqramlara gəldikdə, xeyriyyəçilər daha effektiv ola bilər, çünki filantropiyada innovasiya ruhu daha güclüdür. Hökumətdən fərqli olaraq, xeyriyyəçilər çox sayda könüllüləri işə cəlb edə bilir.
Bill Geyts
Çıxışı zamanı Bill Geyts “March of Dimes” fondundan və bu fondun poliomelit xəstəliyinin qarşısının alınması yolundakı fəaliyyətindən də söz açıb. “Fond poliomelitə qarşı iki vaksinin hazırlanmasına pul verib. Tibb üzrə alim Cons Solk artıq vaksinlərdən birini, az sonra isə Albert Sabin adlı alim digər vaksini hazırlayıb,” deyə cənab Geyts bildirib.

2012-ci ildə Bill Geytsin “Bill və Melinda Fondu” 3.4 milyard dollar ianə edib. Həmin pullardan Birləşmiş Ştatlarda və dünya boyu səhiyyə sisteminə, araşdırmalara, təhsil sahəsinə və inkişaf proqramlarına sərf edilib.

Lakin cənab Geyts təhsil, səhiyyə və işsizlik sahəsində təkcə xeyriyyəçiliyin kifayət etmədiyini, əhaliyə xidmət üçün hökumətin lazımi işlər görməli olduğunu düşünür.
XS
SM
MD
LG