Accessibility links

Yeni kitabda Bin Ladenin öldürülməsi rəsmi versiyadan fərqli izah edilir


Ağ Ev və ABŞ-ın Milli Təhlükəsizlik Şurası kitabda göstərilən faktlar və rəsmi versiya arasında ziddiyyətlərlə bağlı şəhr verməkdən imtina edib

Keçən il Pakistanda Üsəma Bin Ladenin ABŞ-ın xüsusi təyinatlı qrupu tərəfindən öldürülməsilə bağlı yeni kitabda rəsmi versiyadan fərqli olaraq Əl-Qaidə liderinin silahsız olduğu deyilir.

Obama administrasiyasının verdiyi açıqlamaya əsasən, ABŞ-ın xüsusi təyinatlı qrupunun üzvləri keçən il may ayında əməliyyat keçirən zaman Bin Laden yataq otağında olub və silaha əl atmaq istəyərkən sinəsindən və sol gözünün üstündən vurularaq öldürülb.

Lakin bu yaxınlarda çapdan çıxacaq yeni kitabda xüsusi təyinatlı qrupun üzvlərinin otağa tərəf hərəkət edən zaman Bin Ladenə dəhlizdə onun silahlı olub-olmadığını bilmədən atəş açdığı deyilir.

“Çətin bir gün” (“No Easy Day”) adlı kitabın müəllifi əməliyyatda özü iştirak edib. Mark Ouen təxəllüsü götürmüş müəllifin yazdığına görə əməliyyat iştirakçıları otağa Əl-Qaidə liderini vurandan sonra daxil olub və onu ətrafında iki qadın yerdə qan içində çabalayan şəkildə görüblər. Ouen yazır ki, sonra onlar qadınları geri çəkib Bin Ladeni tam hərəkətsiz qalana qədər sinəsindən vurublar. Xüsusi təyinatlı qrupun üzvləri sonradan yataq otağında AK-47 tipli avtomat və Makarov pistoleti tapıblar.

Kitabın Əl-Qaidə terrorçularının ABŞ-a 2001-ci ildə hücumunun ildönümü ərəfəsi sentyabrın 11-də çapdan çıxacağı gözlənilirdi. Lakin media nümayəndələrinin kitabın nüsxələri ilə tanış olmasına görə naşir onun çapdan çıxmasını sentyabrın 4-ə keçirib.

Ağ Ev və ABŞ-ın Milli Təhlükəsizlik Şurası kitabda göstərilən faktlar və rəsmi versiya arasında ziddiyyətlərlə bağlı şəhr verməkdən imtina edib.

ABŞ-ın müdafiə nazirliyinin rəsmilərinin kitabın nəşrinə razılıq verməməsi, Ouenin cinayət məsuliyyətinə cəlb oluna bilməsinə yol açır. Pentaqon müəllifin məxfi informasiyanı açıqlayıb-açıqlamamasını müəyyənləşdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG