Accessibility links

Binalara "paltar" tikən qadın


Binalara "paltar" tikən qadın
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Binalara "paltar" tikən qadın

Amanda Brauder çoxçeşidli parçalarla işləyir. Lakin bu parçalar insanları deyil, binaları geyindirir.

Yüzlərlə rəngarəng parça Arlinqtonun İncəsənət Mərkəzində asılıb.

Nyu-yorklu Amanda Brauer şəhər binlarından lövhə kimi istifadə edir.

Los Ancelesdən paytaxt Vaşqinqtonadək binaların geyimlərini müşahidə etmək mümkündür.

"Biz çəmənləri və binaları bəzəmək üçün bütün yolları nəzərdən keçiririk" - deyə, mərkəzin kuratoru Bleyr Mürfi bildirib. .

Brauder heç vaxt tək işləmir. Bu, onun fəlsəfəsidir. O, könüllülərin rəyini dinləyir. Təcrübə mühüm deyil. Onların bəziləri həyatlarında heç nə tikməyən adamlardır.

"İnsanlar üçün ictimai tikiş günlərimiz var. Onlar muzeydə yekun əsəri görməkdənsə, buraya gəlib proses haqda, incəsənətin nə demək olduğu, yaradıcılığıı nə demək olduğu haqda daha çox şey öyrənir" , Brauer deyib.

Brauder doğulduğu Montana ştatının Missula şəhərində parçalara uşaq ikən maraq göstərməyə başlayıb. O zamanlar mağazalarda geyimdən çox parça satılırdı.
Brauder müxtəlif parçalarla eksperimentlər aparırdı.

"Parçalardan istifadə etmək insanları rahatlandırır. Parçaların sırınması və paltar tikilişinin dərin tarixi var. Bu, istilik və rahatlıq verir."

Brauder üçün universitetlər, kilsələr, restoranlar, mədəniyyət mərkəzləri, məktəblər və kitabxanalar ilham mənbəyidir.

"Ən çox maraqlandığım Buffalo şəhər muzeyində nümayiş etdirdiyim Spektral lokus adlı layihəm olub. O zaman 3 binanı bəzədik. Biri kiçik kilsə, digəri atılmış bir ev, o biri də kilsə idi. Bu layihənin nə qədər insanı bir araya gətirə biləcəyi həqiqətən mənim gözlərimi açdı", Brauer əlavə edib.

Hazırda Brauder Miçiqan ştatının Grand Rapids şəhərində 6 bina üzərində işləyir.

Onun ən böyük arzusu isə nə vaxtsa, Azadlıq heykəlini rəngarəng tekstillə bəzəməkdir.

XS
SM
MD
LG