Accessibility links

Türkiyənin Bingöl şəhərində İŞİD-də qarşı əməliyyatlar keçirilib


Türkiyənin Bingöl şəhərində İŞİD-də qarşı əməliyyatlar zamanı 10 nəfər nəzarət altına alınıb. Əməliyyatlar zamanı çox sayda silah və hərbi sürsat ələ keçirilib.

Bingölün Ədliyyə İdarəsinin verdiyi məlumata görə, terrorla mübarizə şöbəsinin əməkdaşları Yenişehir məhəlləsində şübhəli bir maşını saxlayıb. Axtarış zamanı maşında 7 ədəd tüfəng, Kalaştikov avtomatı və digər qurğular aşkar edilib.

Bununla başlanan əməliyyat nəticəsində İŞİD üzvləri ələ keçirilib.

300 min nəfərdən az əhalisi olan Bİngöl Türkiyənin ən kiçik şəhərlərindədir. Bu şəhər İŞİD-ın ayaq basdığı bölgələrin ön sırasında yer alır.

XS
SM
MD
LG