Ağıllı, hibrid və hətta elektrik maşınlar artıq mövcud idi. İnsi isə bioloji baxımdan həll oluna bilən maşınlar da var. Bir qrup texnologiya tələbəsi ilk biohəll oluna bilən maşını düzəldib.
Bu dörd oturacaqlı elektrik maşının böyük hissəsi şəkər çuğunduru və kətandan əldə olunan materiallardan düzəldilib. Onun təkcə təkərləri və asqısı bioloji baxımdan həll oluna bilmir.
Maşın sadəcə 310 kiloqram, yəni çox yüngüldür. Ona görə də, bizim sadəcə 30 kiloqram batareyaya ehtiyacımız var. 30 kiloqram batareya ilə isə 100 kilometr yol sürə bilərikNoud Van De Gevel
Lina adlı maşın Niderlandda Eindhoven Texnologiya Universitetinin tələbələri tərəfindən düzəldilib.
“Bayır tərəfi kətan lifləri ilə polipropilendən düzəldilib. Onlar preslənib, daha sonra atəşə verilərək, düz panellərə çevrilir”, deyə tələbə Yanik Van Riel bildirir.
Şassi polilaktik turşudan hazırlanan arı pətəyinə bənzər quruluşdan ibarətdir. Polilaktik turşu şəkər çuğundurundan əldə olunan bioloji baxımdan həll oluna bilən plastikdir. Şassi kətan lifindən düzəldilmiş iki örtük arasına yerləşdirilib. Bu, maşının daha yüngül olmasına gətirib çıxarır ki, bu da onun adi elektrik maşından daha az batareya gücündən istifadə etməsinə yardım edir.
“Maşın sadəcə 310 kiloqram, yəni çox yüngüldür. Ona görə də, bizim sadəcə 30 kiloqram batareyaya ehtiyacımız var. 30 kiloqram batareya ilə isə 100 kilometr yol sürə bilərik”, tələbə Noud Van De Gevel söyləyir.
Maşın saatda 80 kilometrlə gedə bilir. Amma onun yaxın zamanda bazara çıxarılacağı gözlənilmir, çünki hələ ki, qəza testlərindən keçə bilməyib. Amma maşını hazırlayanlar deyir ki, Lina gələcəkdə ekoloji cəhətdən təmiz maşınlar istehsal etmək üçün bir nümunə ola bilər.