Accessibility links

Azərbaycanda biometrik pasportların verilməsinə başlanıb


Azərbaycanda biometrik pasportların verilməsinə başlanıb
Azərbaycanda biometrik pasportların verilməsinə başlanıb

İlk biometrik pasport prezident Əliyevə təqdim olunub

Sentyabrın 2-də Azərbaycan vətəndaşlarına biometrik pasportların verilməsinə başlanılıb. Azərbaycan vətəndaşının ilk biometrik pasportu prezident İlham Əliyevə təqdim edilib.

Biometrik pasportların verilməsinə prezident İ.Əliyevin 2007-ci il fevralın 13-də imzaladığı “Azərbaycan Respublikasının biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nın, həmçinin “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanununda dəyişikliklər edilməsi barədə” 2012-ci il 17 iyul fərmanına əsasən başlanılıb.

Ümumvətəndaş pasportlarının hazırlanması və verilməsi məqsədilə 9 regional mərkəz yaradılıb.

Vətəndaşlar ödədikləri dövlət rüsumunun məbləğindən asılı olaraq on, beş və bir iş günü ərzində ümumvətəndaş pasportları ilə təmin oluna biləcəklər.
XS
SM
MD
LG