Accessibility links

"4 nəfərlik ailənin minimum xərcləri nə qədərdir?" - Ekspert rəyi


Manat
Manat

2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136, əməkqabiliyyətli əhali üçün 146 , pensiyaçılar üçün 115, uşaqlar üçün isə 117 manat müəyyən edilib.

Modern.az xəbər verir ki, iqtisadçı Rövşən Ağayev 4 nəfərdən ibarət ailənin minimum yaşayış xərclərini hesablayıb: «İki məktəbyaşlı uşaqdan, ata və anadan ibarət tipik ailə ay ərzində: 40 kq çörək və un məmulatları (vermişel, makaron və s.), 70 kq kartof, 35 kq tərəvəz və bostan məhsulları, 55 kq meyvə və giləmeyvə, 12 kq ət və ət məmulatları, 80 kq süd və süd məmulatları, 3 kq balıq, 60 ədəd yumurta, 6 kq şəkər və qənnadı məmulatları, 3 kq bitki yağları, 2.5 kq kərə yağı, çay və duz kimi ərzaq məhsulları istehlak etməlidir».

İqtisadçı deyir ki, bundan başqa, kommunal, o cümlədən təhsil, səhiyyə və s. xərclər də var: «Beləliklə, 4 nəfərlik ailənin aylıq ərzaq xərcləri ən aşağı qiymətlərlə 420 manat, xidmətlər üzrə xərcləri 130 manat təşkil edir – yəni təkcə ərzaq və xidmətlər üzrə minimum xərclər 550 manat. Halbuki yanvarın 1-dən qüvvəyə minən yaşayış minimum haqqında qanunu əsas götürsək, 2 məktəbyaşlı uşağı olan ailə üçün yaşayış minimumunun dəyəri 526 manat təşkil edir. İndi təsəvvür edək ki, bu tipik ailədə hər 2 ailə başçısı işləyir və minimum əməkhaqqı səviyyəsində maaş alırlar - yəni ailə büdcəsinin aylıq gəliri 210 manat. İndi təkcə minimum xidmətlər və ərzaq üçün çatışmayan 340 manat bu ailə haradan almalıdır?».

XS
SM
MD
LG